Məzmuna keç

Möhnətindən daima halım pərişandır, fələk

Vikimənbə saytından
Möhnətindən daima halım pərişandır, fələk
Müəllif: Kazım ağa Salik
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Möhnətindən daima halım pərişandır, fələk!
Dəmbədəm aləm ləbindən içdiyim qandır, fələk!

Var isə bir özgə dövramn, onu göstər bizə,
Yoxsa ki, yaxşı dolanmaz bu nə dövrandır, fələk?

Bu nə sövdadır edirsən, ona kim razı olub?
Verdiyin dərdü bəladır, aldığın candır, fələk!

Sudi yox, nöqsanı çox, bir bibinadır sərmayəsiz,
Gər hesab etsən, ziyadə xəlqə nöqsandır, fələk!

Sən dəxi bir etdiyindən etiraz et, etiraz,
Cümlə aləm gərdişindon didəgiryandır, fələk!

Sən nə afətsən ki, səndən hiç can bulmaz rəha.
Ya gəda, dərvişü ya soltanü ya xandır, fələk!

Salikəm, əl çəkmişəm mən böylə sövdadən, yəqin
Çox çətin sövda edirsən, sanma asandır, fələk!