Məzmuna keç

Mücahidi-Millət

Vikimənbə saytından
Mücahidi-Millət
Müəllif: Məhəmməd Hadi
Mənbə: Tərtibçi:A.Abdullayeva. "Azərbaycan maarifinin yorulmaz carçısı: Həsən bəy Zərdabi – 170" (PDF) (az.). 2012. 2016-05-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-08.

Ey toxmpaşi-məzrəeyi-elmü mərifət!
Oldun qəriqi-mövceyi-ənvari-məğfirət.
Bir heykəli-mücəssəm idin, ey vücudi-pak,
Şol məsləki-bülənd ilə oldun dəfini-xak.
Əlayi-şani-qövm idi əqsayi-məqsədin,
Ləbrizi-rəhmət olsun o pakizə mərqədin!
Fəal bir “Əkinçə”idin, ey ədib sən,
İlahi-kəştzar idi mətlubin, ey Həsən
Baği-fənadə toxmi-bəqa əkmisən, düha!
İfayi-xidmət etmisən, ey piri-canfəda!
Nəşri-maarifə nə böyük xidmət eylədin.
Tövsii-saheyi-ədəbə qeyrət elədin.
Cəhd eylədin izaləyə afati-millət,
Əfsus, görmədin ki, mükafati-xidməti!
Ey məşəli-təyəqqüzü iqad edən ədib,
Tarix namın ilə edər iktisabi-zib.
Aldın şu nuri qoynuna, ey sayeyi-ədəm,
Vurdun qülubi-ümmətə min zəxmi-pürələm.
Qıldı üful dəhrdən ol nuri-intibah,
Xaki-siyah içində doğub şimdi bir sabah.
Ey tirə xak içində təvəttün edən həvam!
Sizlər də eyləyin şu gözəl pirə ehtiram.
Tiği-təhəssür ilə dili zəxmdardır,
Rəncidə qılmayın onu, pək ixtiyardır.
Cismin qocaltdı görmək üçün gənc ümmətin,
Girdi məzarə görmədi məsud millətin.
Tabavəri-təhəmmül olub çox müsibətə,
Tabü təvanı qalmayıb artıq əziyyətə.
Azürdə etdi xəlq onu, siz şəfqət eyləyin,
Cismi-nəzarinə baxınız, hörmət eyləyin!
Ol zat kim, qünudeyi-xaki-məzardır,
“Va ümməta!...” sədası ilə naləkardır.
Ey tirə xak içində təvəttün edən həvam,
Sizlər də eyləyin şu gözəl pirə ehtiram!
Çeşmanına toxunmayın, ol intizardır,
Amalının hüsuluna həp didədardır.
Fikrin kimi münəvvər ola mərqədin sənin,
Millətdən özgə olmadı bir məqsədin sənin.