Məzmuna keç

Müddəi qövlilə çün kim salmadın gözdən bəni

Vikimənbə saytından
Müddəi qövlilə çün kim salmadın gözdən bəni
Müəllif: Sadıq bəy Əfşar
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.51.

Müddəi qövlilə çün kim salmadın gözdən bəni,
Saxlasun, ey sevdügim, Tanrı yəman gözdən səni.
Bənə dağ eylədi puşidə üryan cismimi,
Neylərəm, ey həmnişin, şimdən geri pirahəni.
Keçdi dün damən keşan səndin baxam çak,
Eyb olmaz çün kim, əlimdən getdi dövlət daməni.
Mehrin, ey məh, eyləməz ta mehriban könlümğə seyr,
Edəməz hərçənd kərəm olsa quyaş bəzm ahəni.
Göz üzün gördü, fəqihə eylədi tərki-səlah,
Ey gözüm mərdümləri, əhli-səlamət rəhzəmi.
Müddəilə aşiqi bixanüman sanman ki, var,
Guşeyi-qəm mənzili, künci-məlamət məskəni.
Sadiqi, Qarun vəqt urmaqda eşqilən ki, yar,
Sinəyə getməz gənci-məhəbbət məxzəni.