Məzmuna keç

Mülki-hüsnün böylə zalim padişahi olmağıl

Vikimənbə saytından
Mülki-hüsnün böylə zalim padişahi olmağıl
Müəllif: Məhəmməd Füzuli


Mülki-hüsnün böylə zalim padişahi olmağıl,
Kim sənə zalim desə, adil güvahi olmağıl.

Qəmzə tiğin çəkmə hər saət könül yəğmasinə,
Hökmə tabe mülkə qarətgər sipahi olmağıl.

Ahını, ey mah, üşşaqin yetirmə göylərə,
Dərd əhlinin nişani-tiri-ahi olmağıl.

Gər dilərsən şəm tək qeyrət oduna yanmayım,
Şamlər əğyar şəmi-bəzmgahi olmağıl.

Adət etmək xoş degil, bidadə rəhm et tanrıçün,
Gahi olsan maili-bidad, gahi olmağıl.

Aşiqi rüsva görüb, mən etmə, ey naseh, məni,
Münkiri-asari-təqdiri-ilahi olmağıl.

Ey Füzuli, eyləmə taət riyayi, tərkin et,
Tövbə qıl minbəd, məşğuli-mənahi olmağıl.