Məzmuna keç

Müqəddəs ailə, yer-əkin sahəsi

Vikimənbə saytından
Müqəddəs ailə, yer-əkin sahəsi (1994)
Müəllif: RAUF CAVAD

Qəlb, uca Allahın evi, pak məkanı,
Ağıl idarə edir vücudi-canı!

Ailə, qəlb evimizin xoşbəxtliyi,
Saflığı qoruyan, görməz bədbəxtliyi.
Sevək həyatı, görək yaxşı işləri,
Bölüşək hər kəslə sevinci-kədəri.
Paylaşmaq, zəkanın gözəlliyi şanı!

Ana diqqətlə böyüdür körpəsini,
Ata çəkir uşağın naz-qəmzəsini.
Nümunəvi ailə, həyat örnəyi,
Dərk edən kəs sevir zəhməti, əməyi.
Ümid qurur Xəyal, anlayır zəkanı!

Müqəddəs ailə, yer-əkin sahəsi,
Tarlada bitən naz-nemət, bar-bəhrəsi!
Hər ailənin var qədim şəcərəsi,
Ulu dəyərin ölçülməz dərəcəsi.
Zamanla axar damarda Adəm qanı!

Yaxşıdan pisi ayırmaq çox çətindi!
Dünən yaxşı bu gün pisdi, ayır indi!
Rauf söylər bu həyatda görünəni,
Dinləyin, sevin, qoruyun ailəni!
Unutmayın insanlığı, Yaradanı!