Məzmuna keç

Mürtəcelər, sevinin, kişvəri-İranə yenə

Vikimənbə saytından
(Mürtəcelər, sevinin, kişvəri-Iranə yenə səhifəsindən istiqamətləndirilmişdir)
Mürtəcelər, sevinin, kişvəri-İranə yenə
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 308. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.

Mürtəcelər, sevinin, kişvəri-Iranə yenə
Tanıyıb bildiyiniz sayeyi-sultan gəlir!
Pişvazə yüyürün, gəlcək öpün əllərini,
Çünki bu zati-mükərrəm sizə mehman gəlir!
Hələlik dinməyəcək, oylə ki, bərkizdi yerin
Verməyə hürrlərin qətlinə fərman, gəlir!
Mülki-Təbrizdə kəsdirdiyi qurbanlardan
Indi1 Şirazda kəsdirməyə qurban, gəlir!