Mürtəzadır dilimin zikri, Nəcəfdir qibləm

Vikimənbə saytından
Mürtəzadır dilimin zikri, Nəcəfdir qibləm
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 26

Mürtəzadır dilimin zikri, Nəcəfdir qibləm,
Səcdəgahımdır mənim, Kərbübəla torpağı.

Mən sevən Yarə nə Şirin ola bilməz bənzər,
Nə də Leyla ola bilməz atılan dırnağı.

Şaxtalı qış kimidir fəsli-baharım sənsiz,
Hicrin, ey laləüzar, sinəmə çəkmiş dağı.

Qorxuram, ey pəri, göz dəysin hilal qaşlarına,
Cəhd elə, olmaya əskik yaxanın sancağı.

Könlümü etdi əsir zülfi-girehgirində,
Necə zəncirə vurarlar dəlisov dustağı.

Qocalıq qayğıları üstümə ləşkərlə gəlir,
Gəncliyim təslim olub, qaldırıb ağ bayrağı.