Məzmuna keç

Müsəllim

Vikimənbə saytından
Müsəllim
Müəllif: Çoban Əfqan
Mənbə: Nəriman Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 7-ci cild. Bakı, "Prometey", 2014.

 
Səni kişi bilib dərdimi dedim,
Etmədin dərdimə çarə Müsəllim.
Dedim əlac ola bəlkə bu qəmə
Vurdun yara üstdən yara, Müsəllim.

Gedib ağalara bildirdin sözü,
Qoydurdun sinəmə atəşi, közü.
Səntək kişilərin kor olub gözü,
Seçilmir ağ ilə qara, Müsəllim.

Çoban Əfqan, söz deməyə yox əlac,
Yoxsullar qalıbdır çörəyə möhtac.
Ağalar başına qoyubdular tac,
Od vurublar bu diyara, Müsəllim.