Müshəf demək xətadır od səfheyi-cəmalə
Görünüş
Müshəf demək xətadır ol səfheyi-cəmalə Müəllif: Məhəmməd Füzuli |
Müshəf demək xətadır od səfheyi-cəmalə,
Bu bir kitab sözdür, fəhm edən əhli-halə.
Rüxsarə nöqtə qoymaq rəsmi-xət olmasaydı,
Düşməzdi mənzil etmək rüxsarın üzrə xalə.
Heyrani-mahi-ruyin xurşidə mehr salmaz,
Müştaqi-taqi-əbrun əksik baxar hilalə.
Qondurdu gərd xəttin ayineyi-muradə,
Qıfl urdu iqdi-zülfün gəncineyi-visalə.
Dövran mənə qədəm tək, sevda qapısın açdı,
Ta qəddimi qəmindən döndərdi zəf nalə.
Rəsmi-vəfa, Füzuli, səndən kəmalə yetmiş,
Xoş kamili-zamansan, əhsəntü bu kəmalə.