Məzmuna keç

Müxəmməs

Vikimənbə saytından
Öyrənmiş
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Şəfabəxşi dəmin ol həzrəti-İsadən öyrənmiş,

Həyati-cavidani ləblərin Xizradən öyrənmiş,

Gəhi xoş xəndə eylər bəzmara, minadən öyrənmiş,

Səvadi-kakilin tərhin şəbi-yeldadən öyrənmiş,

Cəbinin pərtövəfkənlik yədi-beyzadən öyrənmiş.


Qalıb əyyami- sabiq qəmzeyi-xunrizdən qanun,

Müdam məcruh edər, eşq əhlinin bağrın qılar pürxun,

Dili-sədparəni əşkilə çeşmimdən edər Ceyhun,

İçibdir cami-məxmuri, edər aşiqlərə əfsun,

Bu də’vi çeşmi-məstin nərgisi-şəhladən öyrənmiş.


Qaşın tağın görüb mehrabü minbərlər çəkər xiclət,

Buyindən nafeyi-Çin, müşkü ənbərlər çəkər xiclət,

Siyəh zülfün qəmindən sünbüli-tərlər çəkər xiclət.

Görəndə qəddini sərvü sənubərlər çəkər xiclət,

Bu rəftarı nihali-qamətin tubadən öyrənmiş.


Xəyali-cami-vəslin çoxları bəst eyləyib bibak,

Əzubi-hüsnünə şəblər siyəhpuş əyləşib qəmnak.

Görəndə vəslini hər sübhi-sadiq sinə eylər çak,

Rüxündən infəal eylər məhi-tabanə nöh əflak,

Yüzün rəxşəndəlik şəmsi-cəhanaradən öyrənmiş.


Gəl, ey zahid, sən etmə Valehi-divanəni mülzəm,

Deyil təğyirə qail kim, təriqi-eşqədir möhkəm.

Haçan olmuş cahanda eşq dərdi qabili-mərhəm?

Sevəndə Leylini Məcnun,olanda dərdinə məhrəm,

Cünunluq rəsmini bu qafılü şeydadan öyrənmiş