Müzakirə:Dedin, nə dedi (Qasım bəy Zakir)

Səhifə məzmunu digər dillərdə dəstəklənmir.
Vikimənbə saytından
                            Qasım bəy Zakir "BADİ-SƏBA MƏNİM DƏRDİ-DİLİMİ..." (Əsərin Təhlili)

1. Badi-səba, mənim dərdi-dilimi Badi-səba-səhər mehi,səhər küləyi; dil-ürək; büti-ziba-gözəl; ahu-nalə-fəryad;asiman-göy,səma;gərdəni mina-mina kimi gözəl boyun. Ol büti-zibaya dedin, nə dedi? Ahu-naləm asimana yetdiyin Gərdəni minayə dedin, nə dedi? 1. bənd təhlil Səhər mehi mənim ürəyimin dərdini o gözələ dedinmi?nə dedi?Minaə kimi parlaq boyunu olana fəryadımın göylərə çatdığını dedinmi?Nə dedi? 2. Düşüb ayağına sən o zalımın, Söylədinmi necəliyin halımın? Onun həsrətindən rəngi-alımın, Döndüyün heyvayə dedin,nə dedi? 2. bənd təhlil Görsə idin,varmı məni bimarə, Nüsxeyi-hüsnündə onun bir çarə; Dildə iztirabə,təndə buxarə, Sərimdə sevdayə dedin,nə dedi?

Qəm əlindən payi-bəstə olduğum, Hal pərişan,dil şikəstə olduğum, Bəstəri-möhnətdə xəstə olduğum, Gözləri şəhlayə dedin,nə dedi?

Sərasər fələyin şəmsü mahına, Tamam yer üzünün qibləgahına, Zakirin əhvalın xublar şahına Ağlaya-ağlaya dedin,nə dedi?