Məzmuna keç

Mǝclis ǝhli çaxır içǝndǝ dutar ǝldǝ ǝyağ

Vikimənbə saytından
Məclis əhli çaxır içəndə dutar əldə əyağ
Müəllif: Şah İsmayıl Xətai



Mǝclis ǝhli çaxır içǝndǝ dutar ǝldǝ ǝyağ,
Sanǝsǝn bir şǝmdir kim üstǝ yanır bir çırağ.

Gülşǝni-mǝclisdǝ bir şuxi pǝridür dilrüba,
Sanǝsǝn bir lalǝdir bağrında onun dürlü dağ.

Dustkam olsun hǝmişǝ ol berǝcmi-dustan,
Oldu mǝclisdǝ müşǝrrǝf busǝsindǝn solu sağ.

Müşkü ǝnbǝr mǝcmǝridir, yoxsa cami-mey durur.
Buyi-xubindǝn onun daim müǝttǝrdir dimağ.

Mehr ilǝn yari ki, gǝlmişdir, zi gülşǝn yadigar,
Bu Xǝtai xǝstǝdildir, xaki-ol mǝhruyi-bağ.