Məşədi
Məşədi Müəllif: Əliqulu Qəmküsar |
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
İdareyə indiyə kimi azından əlli adam kağız yazıb xahiş edibdir ki, AJlah xatirəsi üçün bizim adresimizi Meşədi Cefer, Meşedi Əli yazmayın! Yavan Cəfər, yavan Əli yazın!
Mən qabaqca bu kağız yazanlan məsxərə eyləyirdim və gülürdüm kı, əcəba bir surətdə ki ildə yüz minlərlə adamlar Məşhədimüqəddəse müşərrəf olub və mİlyonJar i!ə pullar xercləyib belə böyük səadəte yetişirler ki, həmi adlanna meşedi deyilir və həmi də behiştdə böyük-böyük qəsrlər onlardan ötrü mühəyya olunur. Məgər eyləyirlər? Sonra düşündüm, məlum oldu ki, xeyr, bunların çoxusunun ya ata-anası nazir deyib uşaqtıqda apanb Xorasana ve yainki siğə havası vurub başlarına gedibiər ziyarətə və sonra da gəlib peşiman olublar və indi arlarına gəlir ki, biz itilget müsəlman ola-ola, niyə bizim adımıza meşedi deyilsin?
Mən bu neçə sətri qaralamaqda məqsudum ew ə la o ağatara bunu demekdir ki, bizim idarə bu yekəlikdə günaha mürtekib ola bilməz ki, yüzlerle pul xərcləyib Xorasana gedənə məşədi demosin. İkincisi, bizimjumalımız poçt ilə gedir, hərgah məşədi olan yalqız adı ilə yavan adlandırsaq poçtxana qulluqçulan onlara verməzlər, bİz də sual-cavaba düşərik, Çünki bu cür işlərde zakonçox bərkdir, O adamlar hər yerdə və hər düvan dərədə, bankda, filanda məşədi adlanıblar.
İndi bu işin tək birce çarası var. O da budur ki, bu ağalar çalışıb çabalayıb oğurluqdan, doğruluqdan özlərinə sərmayə yığıb müstəte olub Məkkəyə müşərrəf olalar ki, adlanna hacı deyile, meşəditikdən xilas olalar. Əgər istitaət tapmaqları da çətin olsa, bir növ ile Özlerine camaat nəzərində pakdamən, mömİn və dİndar qələmo verələr, ta bir nəfər ölmüş müselmanm niyabətin ona versinlər getsin olsun hacı. Daha başqa əlac yoxdur, vəssəlam.
- "Molla Nəsrəddin", 12 aprel 1913, N 12