Məzmuna keç

Mədhiyyə

Vikimənbə saytından
Mədhiyyə
Müəllif: Mirzə Fətəli Axundzadə
Mirzə Fətəli Axundzadə 50-ci illərin əvvəllərində Mir Fəttah Mir Kazım oğlunun xahişi ilə yazmışdır.


Kapitan İqranoviç haqqında

Şahi-şahan imperator, xosrovi-keyvan sərir,
Padişahani-cahan olmuş onun üçün dəstgir.
Ədlilə tutmuş cahanı pərtövi-xurşid tək,
Hər kəminə çakəri əflakə qoymuşdur sərin.
Qubbeyi-xərgahı doqquz çərxi-minadan keçib,
Dadi-məzlumu sütun qalmış ədaləti cərir.
Xosrovi-səyyarə baş açmış üfüqdən hər səhər.
Asitani-ərş simasında qullar tək həqir.
Çadiri-nili çəkib başına çərxi-lacivərd,
Türreyi-şəbrəngə vurmuş şanə bu bədri-munir.
Bir kənizi-mətbəxi qılmış özün ixlas ilə.
Eyləyib cismi-lətifin barıgahında həsir.
Yeddi göylər cəbhəsin mina qılıb əncüm belə.
Boynuna zəncir salmış kəhkəşandan çərxi-pir.
Buqeyi-hər xalkə təyin eyləmiş bir sərfəraz.
Hər biri İskəndəri-sani cahanda binəzir.
Sərhədi-İrana qoymuş kapitan İqranoviç.
Çeşmi-gərdun görməmiş devranda bir beylə əmir.
Rəşki-firdovsi-bərin qılmış Muğanı sərbəsər,
Şahsevən yeksər olubdur xaki-payında əsir.
Etməyib dünya qulağına kəlamı tək kəlam,
Görməyib çeşmi-fələk bir beylə hüşyarü bəsir.
Hər kimin qəlbində bir sirri-nihan olmuş ola.
İsiyi-Məryəm kimi əsrarə olmuşdur xəbir.
Düşməni-bədxu əyər kəndusuna qarşı dura,
Rubəh-asa titrər əzası görüb guya ki, şir.
Əncüm-əflakı mühit etmiş cünudi-rus tək.
Yer üzün təxsir qılmış ədl ilə Petri-Kər,
Navəki-dilduzu şiri-çərxdən pərran keçib,
Eylə kim asan keçər kərbasdan qərran tir.
Mehri xavər bədri-ənvər çərxi-ətləs, sübhü-şam.
Xani-mətbəxxanəsicün dəhr edib iki, fətir.
Zakoni-İsanı ehya eyləmişdir necə kim,
Tövsəni-təbim genə “İqranoviçin mədhihi,
Xingu-gərdun tək səriusseyr dər-vəqti-məsir.
Xidmətində baş açıbdır bir mütərcim sübhü şam,
Eylə kim gün qarşısında baş açıb bədri-munir.
Adına Mirzə İbadullah deyər əhli-cahan
Qaməti xoş xətti dilkeş, yox onunçün bir nəzir.
Madəri-gərdun onun tək doğmayıbdır bir cavan.
Səfheyi-dövranda yad etməz onun tək dəhr pir,
Xətti kağız üstə müşki-Çin təkdir dilfirib,
Dudeyi-kilki-lətifi guiya vardır əbir.
Mir Fəttah Mir Nizam oğlu sənə məddahdır,
Bir kərəm qıl, qoyma qalsın dəhr ara xarü həqir.
Zəhməti məhzi-riyazi-həqq üçündür, şah üçün,
Eyləməz bir yol təmənna hiç kəsdən bu əmir.
Həm mütərcim, həm özü vəqf eyləyib canım şəhə,
Gecə-gündüz yatmayıb heç birisi bir ləhzə sir.
Çox kəsə cibi-mübarəkdən verir altunü zər,
Çoxların fəryadına yetmiş bu qapdan, ey bəsir!