Məgər, ey bivəfa, hec yar olanlar yarı sormazlar

Vikimənbə saytından
Məgər, ey bivəfa, hec yar olanlar yarı sormazlar
Müəllif: İbrahim bəy Azər
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Məgər, ey bivəfa, hec yar olanlar yarı sormazlar?
Əsiri-möhnəti-qürbət olan biman sormazlar?

Məgər qayib olan yarı xəyala bir gətirməzlər?
Məgər gözdən düşüb yaddan cıxan əfkarı sormazlar?

Qəmi-zulfu rusunla gecə-gunduzum kecir yeksan,
Məgər, ey əhdu peymansız, belə qəmxarı sormazlar?

Səba, izhar qıl ol qoncələb yarə bu peyğamım,
Nolub rəsmi-vəfa butlərdə, bu əsrarı sormazlar?

Təəccüb kim əzəl katiblərindən bu vəfa əhu
Necün yoxdur vəfa butlərdə, bu əsrarı sormazlar?

Xəyali-nərgisi-məstuqəmi-zulfi-siyahınla
Gecələr sübhədək fəryad edən biman sormazlar?

Nə cox izhari-hal eylərsən, ey Azər, bu adətdir
Kim, istiğnalı sultanlar gədayi-xan sormazlar!