Məhəbbət bir bəladır ki, yoxdur onun dərmanı
Görünüş
Məhəbbət bir bəladır ki, yoxdur onun dərmanı (XII əsr) Müəllif: Xaqani Şirvani |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Məhəbbət bir bəladır ki, yoxdur onun dərmanı,
Aşiq canı tərk etsə də, ata bilməz cananı.
Məhəbbətin zəncirinə bağlanandan, hər gecə—
Salar zülfü halqasına qəlbimdəki halqanı.
Dedi: — Bütün ömrü qoysan, yetişərsən vəslimə,
Məmnun etdi məni, amma tutmadı bu peymanı.
İndi necə bel bağlayım o dildarm əhdinə?
Ömür gödək, fələyinsə yoxdur bizə ehsanı.