Məzmuna keç

Məhəbbət möhkəm işdir, qafil olma

Vikimənbə saytından
Məhəbbət möhkəm işdir, qafil olma
Müəllif: İmadəddin Nəsimi
Mənbə: İmadəddin Nəsimi. Sеçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lidеr nəşriyyat", 2004. səh.253. 22 avqust 2017 tarixində arxivləşdirilib

Məhəbbət möhkəm işdir, qafil olma,
Bu karı sanma ki, hər kara bənzər.

Səfasız sufi daim qayğuludur,
Bu mə’nidən ki, butimara bənzər.

Nəsimi küntə kənzin gövhəridir,
Hədisi lö’löi-şəhvara bənzər