Məhəbbətin ayrılığı
Naviqasiyaya keçin
Axtarışa keçin
Məhəbbətin ayrılığı (5 fevral 2005) Müəllif: Araz Yaquboğlu |
Mənbə: Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.358-359 |
Bir gül idim əllərində,
Tez saralıb quruduldum.
Niyə gülüm belə vaxtsız,
Yaddan çıxıb unuduldum?
Sevən üçün ağır olur,
Məhəbbətin ayrılığı.
Dərd veribsən çəkəmmirəm,
Bu çəkilməz ağır dağı.
Demə: Araz, səndən küsdüm,
Sən nə vaxtsa barışacan.
Ölsəm əgər bilirəm ki,
Torpağıma qarışacan.
Xarici keçidlər[redaktə]
- Araz Yaquboğludan dörd şeir (az). karabakhmedia.az (01 avqust 2016). Orijinal mənbədən 2016-08-02 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-02.