Məhəmməd (Aşıq Şıxmirhüseyn)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Məhəmməd Müəllif: Aşıq Şıxmirhüseyn |
Mənbə: Seyfəddin Qəniyev, 1918-Cİ İL ŞAMAXI SOYQIRIMININ AŞIQ, EL ŞAİRİ, ŞAİR VƏ ALİM ŞƏHİDLƏRİ. "Ozan dünyası" jurnalı, №1(22). 2015. |
Çağırram ürəkdən “lam” bir, “cim” iki,
Şövqlə gələndə, adı Məhəmməd.
Salavatlar gül camala, ya Rəsul,
Din islamın ilk ustadı Məhəmməd.
Sidqini bağladı Şahlar şahına,
Ona görə yetdi öz məqamına,
Səcdə qıldı o, otuz cüz “Quran”a,
Seçmədi doğmadan yadı Məhəmməd.
Dayaq durdu o, zəlilə, möhtaca,
“Rəf-rəf” ilə qanad açdı Meraca,
Hünər ilə yetdi o taxtı-taca,
Hümmətinə yol aradı Məhəmməd.
Aşıq Hüseynin qəlbi ataşlı,
Ürəyi qubarlı, gözləri yaşlı,
Çox cəfalar çəkdim mən başı daşlı,
Bilirəm ki, var imdadı Məhəmməd.