Məhəmməd bəy Aşiqın qəzəli
Görünüş
Məhəmməd bəy Aşiqın qəzəli Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Verdimsə gər o şuxi-sitəmkarə könlümü,
Bir gün də görmədim mən o biçarə könlümü.
Bir rusiyalıq ilə dolanırdı zülfara,
Yandırmasaydı çöhrə açıb narə könlümü.
Peykani-eşqü tiri-qəzadən səvayi yox,
Gər yüz tərəfdən əhli-cəfa yarə könlümü.
Yüz dad edər fəraqda, min nalə vəsldə,
Bu zalım eşqi gör yetirib harə könlümü?!
Biri nəharü həm biri şam olduğu üçün,
Tapşırmışam o zülfilə rüxsarə könlümü.
Zülfı-siyahi arizi-al üzrə salmağın,
Vəchi budur ki, ta sala ehzarə könlümü.
Əbruvü zülfü qəmzən olub yaği Aşiqə,
Mənəm həm dübarə, vermənəm onlarə könlümü.