Məzmuna keç

Məhəmməd bəy Aşiqdən aşıq Pəriyə

Vikimənbə saytından
Məhəmməd bəy Aşiqdən aşıq Pəriyə
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Əkrəm Bağırov,Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.

Təxəllüs nə lazım, ey Aşiq Pəri,

Bir kəs ki, mehrdən xəbərdar ola.


Könüldən könülə yollar görünür,

Əlavə nə hacət ki, aşkar ola?


Dizaq mahalında sənin tək gözəl,

Həqdən istəmişəm, bərqərar ola.


Sənin tək dərdmənd olmayan mahal,

Görüm ki, dağılıb tar-mar ola.


Çəkəsən ağuşa bala Fərhadı,

Şirin didarına intizar ola.


Fəhmü fərasətə ursan, ey Pəri,

Məhəmmədə gərək xidmətkar ola.