Məhkəmə məclisi icad olduğu
Görünüş
Məhkəmə məclisi icad olduğu Müəllif: Seyrani |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Məhkəmə məclişi icad olduğu
Rüşvət çeşməşinin axmaqlığmdan.
Qada bela ilə aləm dolduğu
Qazlann qaziyə uçmaqlığmdan.
Sələfin rüşvətə hüccət yazması,
Xələfin anlayıb hökmpozması,
Yıxılan binahın birdən tozması
Əsil sermayenin torpaqhğından.
Əsil sərmayənin niyabətləri
Yetim mallandır ticarətləri.
Rüşvət dəvətinə icabətleri
Sidq ilə könlünün alçaqlığından.
Bülbülün eşqidir dalda ötdüyü,
Çobanın südədir qoyun güddüyü,
Torpağın Häbili qebul etdiyi,
Şübhəsiz üzünün yumşaqlığından.
Dünyadan axrətə gedib gelmemək,
Olmasa iqtiza edər ölməmək,
Balıq başdan qoxar, bunu bilməmək,
Seyrani, qafilin axmaqlığından.