Məzmuna keç

Məhkum

Vikimənbə saytından
Məhkum
Müəllif: Musa Cəlil
Mənbə: Reyhan Mirzəzadə. "Moabitdə - faşist zindanında ucalan HAQQın səsi" (az.). "Həftə içi" qəzeti. 2016-02-10. 2017-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-29.

Onun məhkəməsi olmuşdur bu gün,
Gərək öldürülsün, kəsilsin başı.
O isə ağlamır, çünki ağlayıb -
Çoxdan qurumuşdur gözünün yaşı.
 
Hamı yuxulamışdır məhbəsdə budur,
Düşmüş pəncərədən ayın kölgəsi.
Bircə o yatmayır, hey düşünür ki,
Yetim böyüyəcək əziz körpəsi.
 
Qəribə işlər var, bəzi vaxt ölüm
Gəlir tufan ilə, gəlir el ilə.
Təəccüb etmirsən. Qəlbində sənin
Hətta bir yarpaq da titrəmir belə.
 
Üzündə təbəssüm məğrur durursan,
“Di qalx, öləcəksən, gedək!” deyirlər.
Amma nədəndirsə, daha çox indi
Yazmaq istəyirəm odlu şeirlər.
 
Sizə çətin deyil öldürmək məni,
Bunu istəyirsiz - aydındır mətləb.
Ancaq siz şairə ölümdən əvvəl
Bircə qələm verin, bir də mürəkkəb.