Məzmuna keç

Məktub (Badisəba Köçərli)

Vikimənbə saytından
Məktub
Müəllif: Badisəba Köçərli
Mənbə: "QIZIL İNSANIN GÜMÜŞ MANATI" (az.). 2023-12-24 tarixində arxivləşdirilib.

1921-ci ildən indiyə qədər Xalq Maarif Komissarlığı xətti ilə işləyirəm və 1925-ci ildən Azərbaycan rayonlarında çalışıram. O qədər də çox olmayan ev əmlakımı özümlə daşımaq imkanım olmadığından onları Bakıda yaşayan qardaşım Məmməd Vəkilovun mənzilində saxlamışdım. Qardaşımın oğlu, Karl Marks adına Xalq Təsərrüfatı İnstitutu hüquq fakültəsinin keçmiş dekanı Mustafa Vəkilov onunla eyni mənzildə yaşayırdı. Mərhum ərimin arxivi də mənim əşyalarımın arasında idi. Firidun Köçərlinski Qori Müəllimlər Seminariyasının keçmiş müəllimi, sonralar Qazax Müəllimlər Seminariyasının direktoru olmuşdu və onun arxivində çoxlu qiymətli ədəbi materiallar vardı. O cümlədən: Mirzə Fətəli Axundovun əlyazmaları, Sabirlə ədəbi səciyyəli yazışmalar, "Molla Nəsrəddin"lə yazışmalar, Köçərlinin öz yazıları, müxtəlif ədəbi xadimlərdən alınmış bolluca materiallar. 10 noyabr 1937-ci ildə Mustafa Vəkilov NKVD tərəfindən həbs edilərkən ona aid materiallarla birgə mənim ərimin arxivini də götürmüşlər. Bu barədə mən yenicə xəbər tutmuşam. Xahiş edirəm mənə cavab verin ki, göstərilən arxivi nə vaxt geri ala bilərəm.