Məktubati-Şeyda bəy Şirvani/Cüzvi-əvvəl: Müəllimlər iftixarı
Cüzvi-əvvəl: Müəllimlər iftixarı Müəllimlər iftixarı Müəllif: Sultan Məcid Qənizadə |
İkinci cüzv: Gəlinlər həmayili→ |
Mayıs ayının əvvəlləri idi. Vaxt hərçənd bahar fəsli idisə de, lakin Badkubenin istisi otuz üçümcü dərəcəyə çatmışdı. Məktəb qanunilə yay fəsillərində dərs movquf olunmaq adətincə müəllimlər və mütəəllimlər tətil vaxtının yavuqlaşmasına şad olub, baharın axır günlərin səbirsizliklə keçirirlər idi. Ələzzahir hamı oxuyanlar və oxudanlar il zəhmətindən dincəlmək üçün yaylaqlara və ya öz vətənlərinə köç tədarükün hazırladıqlarında daha dərsə çəndan məhəlgüzar deyil idilər. Amma cavan müəllim Şeyda bəy Məsihzade bez səbəblərə görə vətənə getmək tədarükün mühəyya edəmədikdə yaym şiddətli sıcağm Badkubəde keçirməyi gö2 altına alıb, seyr və səfa varlığın bilmərrə xəyala gətirməzdi və bu naümidlikdə axırıncı günlərəcən mötad qayda üzrə dərsə məşğul idi.
Saat ikini vurdu. Şeyda bəy saat səkkizdən imdiyəcə müttəsilən dersə məşğul olduqda həm dərsin zəhmətindən və həm məktəb havasının kəsafətinden nəhayətdə yorulmuşdu. Zərurən istirahətə möhtac ikən vaxt tamamında şagirdləri dərsdən azad edib öz otağına qayıtdı. Xəstə və yorğun olduğu halətdə ağır-ağır qədəm götürərək otağa girərkən, süst və bitaqet şivə ile özünü divanın üstə yıxdı və mütəkkəni başının altına çəkib arxası üstə uzandı. Otağın xunük və xamuş havası içrə Şeyda beyin var əzası dersin zəhmətindən guya zəbani-hal ilə təərrüzə gəlib gizildədi və hətta qulaqları məktəb qiyl-qaline adət etdiklərində guya “tərki-adət bemov- cibi-mərəz əst”1 məsəlinin təsdiqi üçün yanm dəqiqə miqdarı öz- özlerinden cingildədilər.
Bir neçə nəfəs sovuşdu. Cavan müəllim məktəb qeydlərindən azadə ikən arxayınlıqla fikrin öz məxsusi İşlərinə verərək, otağın səqfində gözlərin mehz bir nöqtəyə zilləyib aram baxır idi və növbənöv xəyalat bir-birinin eqebincə ariz olduqda hər bir xəyalatın mexsusıyyət aşarından ürəyi gah sıxılıb, gah açılırdı. Nə etmək olur? Xəyalatın ariz olması və olanda rəf edilməsi insanın ixtiyarında olmamağa görə ürəyimizdə büruz edən nişat və ya qüssənin rəf olunması həm özümüzlə deyil
Bir rüb saat çağlı Şeyda bəy həmin qərar ilə arxası üstə bihərə- kət qaldıqda nagah eşikdə adam hənirtisi peyda oldu və bu hənirtidən hərçənd Şeyda bəy bir qədər cünbüşə gəldisə de, lakin çəkmənin cırıltısından məktəb mülaİmi olduğun anlar İkən daha qalxınmağı lazım bilməyib, ancaq gözlərini qapı tərəfə çöndərdi. Qapı açıldı, məktəb mülazimi Bəşir əlində bir paket nökəranə ədəb ilə Şeyda bəy tərəfə yan aldıqda, o isə bivüqarhq ilə qalxınaraq: “A gədə, Bəşir, haradandır?” - deyib sual etdi. Amma Bəşir öz ağasının belə bimöv- qe sualına dil ilə cavab verməyib, guya onun bitəmkin olmasının ziddinə öz adəti vüqarı ilə irəli yeriyərək, dinməz-söyləməz paketi mizin üstünə qoyub, yenə həmin nökəranə ədəb ilə otaqdan çıxdı. Şeyda bəy paketi mizin üstündən alıb ünvanında rusca və farsca yazılmış öz adın və familiyasın oxudu və dərhal paketi cırıb içindəki məktubu oxumağa şüru etdi. Kağızın məzmunundan oxuyanları müt- təle etmək üçün eynən dərc edirəm:
“Fərzəndi-ərcüməndim və qürrətül-üyunim Şeyda, zidə ömrəhu2.
Hərgah əhvalatımızı xəbər alsan, iillahül-həmd, səlamət olub ömrünə duagu vanq. Xudayi-teala bir vəsileyi-xeyir edə ki, didan- nı görüm, amin! Bədə məlum ola ki, Allah qoysa, qurban bayramından sonra Ağabəhram ilə Diləfruz xanımın toyun edəcəyik. Əlhəm- dülillah, hər bir mayehtacımız hazırdır, ancaq sənin gəlməyinin intizarında varıq. Ona binaən xahiş edirəm ki, uşkola (məktəb) qurtaran kibi daha dayanmayıb Şamaxıya gələsən, yoxsa toyumuz təxriə düşər, çünki qabaq məhərrəm ayına gedir, sonra səfər ayıdır ki, onda toy eləmək mənim sınağım deyil. Ondan sonra da mövlud ayıdır, toy eləməyi yaxşı deməzlər. Əlbəttə, əlif-ə lbətte, tezliklə gələsən, hərgah mümkün olsa özünü bayramadək yetirəsən. Bacılarının, xalalaram və hamı qohum-əqrəbanın sənə çox-çox salam-duası var və mən özüm həmişə sənə duaçı varam. Vəssalam!
Madəri-mehribanın Fatma xanım.
Şehri-Şamaxı, fı 5-de zilhəccətül-həram 1314”.
Şeyda bəy kağızı oxuyubən bir sovuq ah çekdi və kağızı mizin üstünə tullarkən bitaqət xəstələr kibi arxasın divanın kömrəsinə söykəyib miskinlər heyətində səmigun dayandı. Həmin dəqiqədə onun rəngi-ruyindən ve terkibi-qiyafəsindən kəmtalelik əlamətləri aşikara görünür idi. Bu minval bir neçə dəqiqə mütəfəkkir dayanandan sonra kağızı dübarə mizin üstündən alıb yenə bir dəfə təkrar oxudu və oxucaq, yerindən qalxıbən qolların sinəsinə bərk qıfıllayıb otaqda gərdiş etməyə başladı.
Şeydanın bu halətini kənardan müşahidə edən olsaydı, böyük bir qüssə ariz olmasına həml edərdi və bu qüssənin səbəbi əlazza- hir Fatma xanımın məktubu, yəni Ağabəhram ilə Dilefruzun toy xəbəri olduğu anlanırdı. Hala bu mətləbin ləmin bəyan edəyim.
Ağabəhram Şeyda bəyin bacısı oğlu və Dıləfiruz qardaşı qızıdır. Ağabəhram 20 yaşında xoşsima, ehli-teməddün bir oğlandır. Tacir oğlu olduqda Şamaxının məktəbi-ədəbiyyesində kurs qurtarmağa kifayət edib, imdi öz atasının desturül-əməli ilə hər il Məkərə sərgisinə ve Tiflis bazarlarına ticarət üçün səfər ediyor. Bu alitəb, xoşəxlaq cavan ümumən tacirlər arasında mütedavil olan rəsmlər ilə rəftar etməyi cəhətə hamı əbnayi-cins və həməsnaflar nəzərində əziz bir vücuddur. Məktəbi-ədəbiyyəde, fılcümlə ülumi- mədəniyyətdən xəbərdar olduqda imdiyəcən kəsb etdiyi bilikləri mütaliə yolu ile təkmilə çatdırıb, əql və ruhin günbəgün mərifət zivəri ilə sərvətləndirir. Öz ana dilindən savay rus və fars dillərin təkmilən yad etdikdə, qəzetelər və ruznamelər oxumağa artıcaq hərisdir. Ticarətdən asudə vaxtları təzə kitablar mütaliəsinə sərf edıbən, oxuduğu mətləbləri özgələrə həm qandınr.
Mütaliə və mübahisə vasitəsilə efkar hasil etmiş bu cavan ticarət yolu ile səfər etdiyi şəhərlərdə əcnəbi əhalinin əfkar və adətlərinə təcrübə nəzəri ilə diqqət edərək, hər görüb eşitdiyindən ibrət və mərifət istifadə ediyor. Ağabəhram az müddətdə dünya mək- tebxanasında çox şeylər kəsb etmişkən, imdi öz eql və kiyasəti ilə yaxşı-yamana doğruluqla tərcih verməyə qadirdir.
Ağabəhramın adaxlısı Diləfruz xanım ən tüfuliyyətdən göz açıb öz ata-anasın işə məşğul gördükdə zati-insanidə sirişt olan mütə- qellidlik təqazası ilə həmişə zəhmətə mail, çalışqan bir qızdır.
İnsanın ömrü, sinn cəhətincə yeddi dərəcəyə təqsim olunduqda, hər dərəcənin öz təqazasma münhesir bir dövranı ve o dövrana nəzər bir şüğlü vardır. Diləfruz xanım hala körpəlikdə müqəvva çimlətnə gəlinler ilə oynadığı vaxtlar gəlin otağın silib-süpürməsı və səliqə ilə evcik saxlaması şayani-diqqet idi. Diləfruzun anası cəvanəzən Nigar xanım öz balalarının tərbiyəsinə analıq ürəyi ilə səy edərkən, Şeyda bəydən eşitdiyi təlimə dair söhbətləri özü üçün dəsturül-əmel ©dib onlara müvafiq əməl edərdi.
Hədis vardır: “Əl-vələd sirrü əbihi, vəl-bint sirrü ümmihi”, yəni oğul öz atasının ve qız öz anasının şəbihidir. Sibyan göz açıb ibtida öz ata-anasutıdan ibrət götürərkən əksər ovqat onlar əxlaqda olurlar. Nazətıin Nigar bu mətləbi fəhm edərkən öz balalarına ibrət göstərmək niyyəti ilə evdə-eşikdə hamı böyük-kiçik ilə nəcib anə rəftar ediyor. Nigar xanımın xoşəxlaqlıhğı və səliqə ile ev saxlamağı balaca Diləfruzun ürəyi aynasında əks saldıqda, hamısının təşbihi Diləfruzun uşaqlıq işlərində biruz edir idi; oyun-oyuncaq vaxtı əlinə düşən parlaq və işləquc saxsı və qumaş parça-paxalann silib süpürüb gəlin otağında səliqə ilə dərc etdiyi əsnada cansız gəlinlər ilə şirin-şirin nesihətamiz söhbətlər edər idi. Ev banusu Nigar xanım nökər, qulluqçu üstündə mürəbbi olan kibi, balaca Diləfruz eynən öz evciyindəki müqəvva gəlinlərin anası kibi idi. ZatMnsanidə gizlin sirlərdən birisi də budur ki, zahiri aləmdə gördüyümüz yaxşı və yaman işlər hamısı ruh aynasma əks saldıqda ziyalı işlər aşarından ruh lövhəsi seyqəl tapıb işıqlanırsa, yaman ibrətlərdən ləkələnib təbah oluyor. Zatən elmi-təbiidə işıq cı'smi- lətif, lakin ləkə cismi-kəsif isbat olunan kibi, elmi-məcazidə həm əfal, həm də ruhun lətafəti, lakin əfali-zəmimə kəsafəti hesab olunur və bu səbəbədir ki, çirkin işlərin təsiri ruh lövhəsində dərinraq nəqş bağlayıb, tərk olunması həm çetinraq olur.
Körpə Diləfruz öz anasmuı əmali-h&midəsmə təqlid edərkən səhv və xətalarına həm müridlik edirdi. Bir gün Nigar xanım ev qulluqçusu Güləndama qəhr edib bir-iki nalayiq söz ilə söymüşdü. Türklər məsəl deyirlər: “Anası çıxan ağacı qızı budaq-budaq gəzər’- Bir-iki saat çəkmədi ki, balaca Diləfruz öz oyuncaq müqəvvalarından birisini bit qedər əyri dayanmış görcək anasmdan eşitdiyi ləfz ilə onu söyüb bir-iki silli də vurdu.
Nigar xanım bu əhvalatı müşahidə etcək, nəhayət nədamətlə öz felindən xəcalət çəkib peşman oldu. Diləfruzun bu hərəkəti Nigar xanıma tenbih olduqda o nazənin o saatda tövbə edib nalayiq ləfzlərdən etiraz etməyi özünə söz verdi.
Diləfruz altı yaşma çatanda quran və əqaid telimi lazım gəlirdi. Şeyda bəyin təsəvvürünə müvafiq qız uşağın şəhərin binizam məktəblərinə vermək məsləhət görülmədikdə Nigar xanım özü və qartcaqayınanası Dıləfruzım təliminə gərdəngir oldular[q 1].
Zehinli Diləfruz öz nənələri nəzarətində sühulətlə təlim qəbul edərək iki-üç ilin ərzində övrətlərə lazım olan qədər şüruti-din və adabi-namaz və hakeza qiraəti-quran yad edib, filcümle yazmaq həm öyrəndi. Bunlardan əlavə ev xanımlanna və analara dahaea vacibraq fənlər, yəni xörəkpəzlik, xəyyatlıq, nəqşkarlıq və kiilfətə dair qeyri-qeyri işlər təkmilən öyrətıib cidd-cəhd ilə işləyir.
İş ruhun seyqəli və cismin cövhəridir. Nəcabətdən ibarət ruhun nəzakətidir ki, məhz iş və zəhmət ilə hasil olur. Diləfruz ən tüfiı- liyyətindən zəhmətə mötad ikən daha bəz avara, bütün qızlar kibi dərvazə ağzından küçəyə baxmağı və ya pəncərə çatlağından qonşu pusmağı özü üçün eyb və rüsvayçılıq bilib, bunca ədna hərəkətlərdən hezer ilə etiraz ediyor.
Məşhur adamlardan birisi deyibdir ki, bikarçılıq hər bir fittvə- fesadm anasıdır. Bu sözün tənbihi ələlxüsus qızlar üçündür. İş işlə- yen qız bezi şeytaniyyət fikirlərdən mehfiız olarkən məmafı külfət qayğısı çekməyi adət edib istiqaməti-məzac hasil edir.
Nəzakətli Diləfruz üıəmitı məhbubə və mehcubə qızlardandır ki, özünün hər bir hərəkət ve səkənatinə diqqət nəzərilə baxıb zahiri və batini gözəllik təhsilinə səy ediyor. Hər gün sübh namazından sonra ayna qabağında zülflərin kərrat darayıb hər bir libas ve zinətinə diqqət veriyor.
Dünyada hər bir şeyin kamalı məhz məşqə münhəsir olmaqlıq melumi-ümumidir. Diləfruz xanım öz cisim və canına tərbiyə vermək ilə xoş şivələr kesb edib, öz cəmal və qiyafəsinin tərəqqisinə günbəgün rövnəq verir.
Elm ilə sübut olunubdur ki, zahirdəki cisim aləmi ilə batini ruh aləminin bir-birinə təsirləri çoxdur. Bədənin və libasın təmiz və nəzifliyi ruhun və qanın saf və səfalı olmasına mütəəssirdir və bereks, zahirin xüşunət və kəsaleti qanın kəsafətinə və ruhun qəsa- vətinə səbəb olur. Diləfruz xanımın libası həmişə pakizə və habelə zülf, birçəyi daranmış olduqda ruhu həm səfa və sədaqət ilə gözəldir. On beş yaşmda bu cəvanetım gözəlliyi məhz batini ruh gözəlliyidir ki, qiyafə və əfalmda müşahidə olunur. Dil&fhmm qanında insana məxsus bir istilik hiss olunur ki, onun aşarından nəfsi-əmmare gözü yumulduqda baxanlara gözünə firiştə surətində görünür.
Tərbiyə elmində qevaidü təcarüb ilə məlumat təhsil etmiş Şeyda bəy öz qardaşı qızı Diləfhzzu qeyri qızlara münasib əxlaq dərəcələrində fövq gördükdə daima onun xoşbəxt olmasım arzu edirdi. Fəqir müəllim öz həqiranə məvacibindən hər il bir hissə qənaət edib, Diləfruz üçün hədiyyə almağa sərf edirdisə de, lakin yenə özünü ona borclu bilib əhd etmişdi ki, Diləfruzun toyu olanda adətə müvafiq ona bir qızıl həmayil hədiyyə etsin. İmdi Fatma xanımın fövqdə oxunduğu kağızı həmin əhdi Şeyda beyin yadına salıb, vəfa etməyini aşikara tələb edirdi. Az icrətə qulluq edən müəllim illər uzunu iflas yükünün altında cana gəldikdə imdi üç-dörd yüz manatlıq hədiyyəni əle gətirməyə əsla qadir deyil idi və bu səbəbə Dilef- ruzun nəzərində şərmsar olacağım fikrə gətirərək ah-vay çəkir idi. Ənduhnak halət ilə bir neçə dəqiqə keçirəndən sonra yenə ayağa qalxıb ahəstə-ahəstə qədəm götürərək, otağın başmdan-başına laənşüur gərdiş etməyə şüra etdi. Bu minval bri neçə dəqiqədən sonra öz adətinin təqazasmca sağ ayağım bir az boşaldıb, sol ayağının üstündə sakit dayandı. Otağın saderəng, təmizanə müxəlləfa- tı riştebəriştə Şeyda bəyin öz əli ilə mühafızət olunduqlarında, imdi dərin xamuşluq içrə guya qulluq etmək intizarın çəkirlər idi. Küçəyə baxan pəncərələr içrə sürahi güldanlarda Şeydanm öz əli ilə əkilmiş çiçəklər hər birisi bir rəng və bir tərkib ilə bahar havasının aşarından nübüwə gəlib şükufət etməkdə idilər. Şeyda bəy şairanə bir vücud olduqda musiqi və gül-giyahı çox dost dutar idi. Qərib ölkədə qövm və əqrəba ülfətindən məhrum ikən istirahət olunası dəqiqələrdə öz əli ilə güldanlara su və bülbüllərə yem verməyi özü üçün həvəs edib əmələ gətirməsindən həzz aparar idi.
Güldanların bəzilərində qönçələr baş əyib dayandıqları halda, guya zəbani-hal ilə öz mürəbbiləri Şeyda bəyə mütabiət edərək, onun diqqətini özləri tərəfə cəlb etmək istəyirlər idi və elə də oldu. Şeyda bəy hərçənd mütefəkkirvar idisə də, lakin zatən əhli-zövq olduğuna görə həmin xəyalat qaranlığının arasından qönçələrə mültəfıt olub tamaşaya başladı və bu tamaşa içrə batini nəzər ilə bir neçə mətləblərə həm tamaşa edib hisslər ifadə etdi.
Bəli, insan üçün dəqiqələr vardır ki, hissi-müştərəkəsinin lətafəti o payəyə çatır ki, qeyri-natiq ziruh şeylər və hətta cəmadat onun nəzərində zəbani-hal ilə köftarə gəlib nitqə sığılmayan bəzi mətləbləri bəyan edirlər. Habelə imdi güldanlardakı güllər və qəfəsdəki kanareyka adlanan sanca quş öz şivə ve nəğmələri ilə Şeyda bəyin nəzərində mətləb açıb məxluqluq həqqi ilə xaliqə zikr edirlər idi. Cavan müəllim kəşf aləmində seyr etdiyi əsnadə ilham ilə nitqə gəlib zümzümə ilə bu fərdi oxudu:
Bərgi-dırəxtani-sebz dər nəzəri-huşyar,
Her vərəqi dəftərist merifəti-kirdgar.3
Ah, ah! Mərifəti-kirdgar üçün ne çox isbatlar vardır!
Bəlkə isbatların en mühümraqı mərifət özüdür ki, cenabi-tann insana əta buyurubdur. Şükür xudaya ki, mən aciz bəndəsinə rəhm edib, mərifət xəzinəsinin astanasına yol vermiş ve müəllimlik sənəti ilə məni mümtaz edib, müəllimlər zümrəsində mərifət gən- cinəsinin kiliddarlanndan birisi etmiş. Yenə şükür olsun xudaya ki, mənim səy və iradətım ilə qeyri bəndələr həm mərifət nemətinə nail olurlar.
Cavan müəllim özünün bunca bikr sözlərinə fikir hicləsinde zinət verdiyi əsnadə, nagah həmayil məsələsi bir əcuzə surətində qəflətən qüssə pərdəsin onun üzünə salıb, bir türfətül-eyndə xatirini təbah etdi, iki dəqiqənin fasiləsində gah fəqirlikdən şikayət ve gah elm ile fəxarət edən cavan, zülmət ilə nur arasında çaşqın qalarkən, axır guya rahı-sevab axtarmaq üçün yenə gərdişə şirni edib fikrə qərq oldu. Amma imdiki fikir naümidllk fikri deyil idi, bəlkə təskinlik məşələsindan doğmuş bəşarət şöləsinin işığında aləmi-batiniyə maraqlı bir tamaşa idi ki, onda bezi məstur mətləblər cümləsində cavan müəllim öz sənətinə mərifət nəzəri ile təftiş edərkən, tədris və təlim fəzilətlərini bir-bir müşahidə edib öz- özünə cəhrən dedi: “Bəli, dünyada dövlət təkcə mal və qızıl varlığı ilə deyil, bəlkə hər bır övsafi-həsənə dövlət hesab olunur: səxavət, şücaət, dəyanət ve hakəza qeyri sifeti-məmduhə və exlaqi-həsenə hamısı Allah-təalanın nemət və ətalari olduqda insan üçün zatən böyük dövlət ve bəlkə dövləti-əslidirlər... Aləmi-cismanidə kəsb olunan fılizat hərçənd dövlət hesab olunurlarsa, lakin arizi olduqlarına görə dövləti-ariyə adlanırlar, çünki şəxs dünya mülkünə sahib olmaqlığı müvəqqeten fani şərtlərə bağlı olduğuna görə, ağalıq ixtiyarı müdavimətlə baqi ola bilməz, amma ruh dövləti, yəni din qüvvələri zati-insanidə təbii olduqlarına görə dövləti-əbədi və ya dövləti-əsli adlanırlar, çünki ruh kəsb edən qüvvələrə şəxsin özündən savay əlahidde bir məxluq malik ola bilməz ve olmağa təsəl- lütü yoxdur. Ruha məxsus dövlət xudadadi gözəllik misalmdadır ki, şürutə ehtiyacı yoxdur. Amma qondarma hüquq ilə kəsb olunan əmlak qoyma xal kibidirlər ki, arizi-həvadis ilə zail olur. Bundan savay gözəl vücudlar xalsız həm gözəldirlər, amma çirkin cəsədlər meşşatə varlığında həm çirkindirlər. Mərifət varlısı mal yoxluğunda həm qənidir, amma mal qənisi mərifət yoxluğunda yoxsuldur... Şükür xudaya ki, men Şeydanı mərifət dövlətindən məhrum etməyibdir. Hala əcnas və müxəlləfat qismi dövlətim yox isə də, lakin mərifət cəhətincə fılcümlə vanmdır”.
Şeyda bəy bunca təskinavər xəyalat yağmurundan bəhrəvər olduğu halda, nagah həmayil məsələsi qəflətən ildırım kibi yenə yadında parladı və filfövr təfəkkürün buludu qaşının üstə çökdükdə pozğun payız havası kibi qiyafəsi məxşuş oldu. Bir an sükutdan sonra kərrat gərdişə şüru etdikdə öz-özü ilə qəlbində sual-cavaba gəlib guya özgə bir kəsə xitab edən kibi cəhrən sordu: “Xub, bumlar hamısı çox əcəb, çox gözəl. Bəs Diləffuzun həmayili necə olsun?..”
Yazıq cavan özünün bu sualına əlahidde bır cavab tapamadıqda istehza ilə başm silkələyərək: “Səd heyf ki, mərifət kimyası ilə qızıl həmayil kəsb etmək olmur”. - deyibən biixtiyar yenə özünü təxt üstünə yıxdı. Bu halda peydərpey sadır olan müxtəlif fikirlər ağırlığından daha bir mequl fikrə qabil olmadıqda bir neçə dəqiqə böht ilə sakit dayandı. Bəli, sahibxanə qeybət edəndə qapılar bağlanmaq adətdir, ayıqlıq müvəkkili yorğun başdan qiybət etdiyi halda Şeyda bəyin gözləri yavaş-yavaş xumaılaşıb axır kirpik hicabı ilə qapandılar. Bu halət içrə, demək olur idi ki, Şeyda bey nə yatmış idi və nə oyaq idi. Fələyin kəcmedarlığı onun cavan ürəyində tərs-avand ləpirlər qoyduqda, nimxabhq huşu ilə o ləpirləri tutub gah azğm, gah doğru yol ilə aləmi-vaqiədə seyr edir idi və bu seyr yolunda növbənöv xarü xeslərə düçar olduqda axır icz ilə ni yaza gəlib guya yerdən iraq bir məqamda şikayət dili ilə ilticayə başladı: “Xudavənda, bu nə sirdir, bu nə ecazdır? Biz hamımız sənin bəndələrinik, hamımızı bir cövhərdən xəlq edibsən... Bəzilərə baxırsan fəqirlik oduna yanıb mənim kıbi ürəyi yüz yerdən dağlı, möhtaclıqla ömr keçirirlər...Hala neçə illərdir ki, mən biçarə sənin müəllimlik təklifinə gərdəngir olub camaata qulluq edirəm. Axır özüm üçün kəsb etdiyim dövlət budur ki, imdi ömrümdə arzu etdiyim toy məqamında ciyərguşəm Diləfruza layiq bir hemayil bahasından məəttəl varam... Öz dərdim az deyil, harada bir fələkzədə var isə üstümə yüyürüb məndən imdad tələb edi yor! Çarə nə? Özüm eyn fəqr içrə olduğumda həqiranə nəfəqemdən hissəciklər ayınb düşkünlərə qismət edirəm, çünki saili məhrum qaytarmaq özgələr üçün məzmum ikən müəllimlər üçün küfrdür. Bular bəhər tərəf, fəqir mütəəllimlər, miskin tələbələr məni müqtədir bir zat hesab edərkən: “Müəllimsən, əl tut” ~ deyib üstümə namələr yazırlar... Ax, xudavənda, menim boynuma bu qədər din borcları qoyduğunda neçin məni belə fəqir və belə bitəvanə yaradıbsan? Neçin... ağa kıbi məni də dövlətmend etməyibsən?.. Bəzilərə baxırsan, zəhmətsiz mal, xunabesiz dövlət sel kibi axıb başlarından aşır, Qatar-qatar uşxunlar, qəviheykəl yaporlar dəryanın üzün tutmuşlar. Yerin tehtinden neft adlı “qara qızıl” məhabatli gurultu ilə fəvvarə vurub, sel kibi axır... Babadanqalma rasta-rasta evlər, bağlar, dükanlar saatda yüz-yüz mədaxil verirlər. Axır, baxalım bu sərvət ağalarının şüğlü nədir?! Bu miknət sahiblərinin təklifi hansıdır? Heç nə! Əksər övqat əzəmətli imarətlərdə nəzif məxluqat içrə yor- ğunsuz istirahət və intəhasız işrət!.. Qul, qarabaş, at, araba və qeyri-qeyri həşəmət dəstgahlan bu ərbabların həvəs xoşluğu üçün bil— külliyyə mühəyyadırlar. Gecələr teatrlarda, klublarda kef, işrət ilə sübh açıb, gündüzləri zöhradək xabi-istirahətdə keçirirlər”.
Bunca vadiyi-xəyalatda Şeyda bəy sərgərdan dolanarkən axinm- eı mətləbə çatıb dayandı, guya yol üstündə qəflətən qələ divarına düçar olan kibi yenə geri qayıtmağı lazım bilib, həmin nöqtədən özgə dövr ilə fikir dairəsinə qədəm qoydu. Bir dövr fikirdən sonra xəyalat dairesin daha bağlı gördükdə fikir pərgarın geri çöndərib əvvəlki yol ilə yenə öz halı tərəfə qayıtdı. Məktəb qaidesi ilə hər gün sübh saat səkkizdə zəng döydürüb dərs başlamaq Şeyda bəyə adət olduqda, imdi öz içərisindən bir sədayi-batinİ məktəb zəngi kibi qulaqlarında cingilləyib çağırmağa başladı: “Ey Şeyda, ey Şeyda, nə yatıbsan, ayıl! Saat səkkizdir, iki yüz şagird dərs otaqlarında müntəzir dayanıb səni gözləyirlər!.. Zöhrədək istirahətdə uyumaq sənin şəninə layiq deyil, qafil olma, dur ayağa, dur!..”
Şeyda bəy silli dəymiş adam kibi sərasimə diksinib ayıldı. Ale- mi-xeyalatda seyr etdiyi vüquatı dübarə və həm de təkrar edərək, özgələrin sərvəti xüsusda təsəvvürə gətirdiyi biməni fikirləri həsəd rəngi ilə boyanmış görüb, qəlbində sadir olan süflə məhsusatdan nəhayətdə xəcil oldu. Bu vaxtacə cavan müəllim öz təbiətində əsla təngçeşmlik görməmiş ikən, imdi bu mezmum hiss ariz olmasını özü üçün küfr və məsiyyet hesab edib, kəffarəsi üçün sidqi-könüldən tövhid və istiğfar zikrinə şüm etdi.
...İman lövhəsində təcrübə qələmi ilə səbt olunubdur ki, həT bir ürək nagüvarlığının müalicəsi mehz dua və istiğfar davasına mün- hesirdir. Filhəqiqə, dillərdə zikr olunan Allah kəlməsi bir türfətü- leynde ürək məxrubəsin təmir edərkən pozğun dünya işlərimizi də abad ediyor.
Bəla daşı ilə vurulub, qəm zərbi ilə səmigun olan bir şəxs ürək ağrısından zinhare gəldiyi halda, əgər sidq ilə Allah çağırsa, bişəkk ki, o padşahlar padşahı xudavəndgar dərgahında bəndələr cümləsinə qəbut olub, nicat ümidi ilə kəmərbest və kərəm xəzinəsindən hissəbərdar oluyor.
Şeyda bəy ən tüfiıliyyətden fars kitablarına aşina olduğu surətdə asudə vaxtlar tövhidə dair fars qəsidələrin əzbərdən oxumaq adəti idi. İmdi ürəyi iman nuru ilə işıqlanarkən Sədi və Cami qəsidələrindən bir neçə bənd nitqə gətirib axırda:
An ki heft iqlimi-aləmra nəhad,
Hər kəsira hər çi layiq bud, dad.
- oxuyuban dayandı. Bu fərdi oxuyandan sonra özünün övza və əhvalına əqli-salim ilə təftiş ediben nəkarə olduğun ve nə işə qabil olmaqlığın öz-özünə tanıtdı: “Dünyanın gərdişi əlzam-məlzum ilədir. Bağbansız alem dolanamadıqda, miiellimsiz bəm dolana bilməz. Xettaqi-aləm dünyam xəlq edəndə hikmət üzrə yapmış. Hala mən Şeydam müəllimliyə qabil bilib, müəllimlik təklifi ilə mükelləf və müəllimlik fəziləti ilə mümtaz edibdir. İmdi başmaqçılıq peşəsin mən özümə rəva görmədiyimdə tacirlər dövlətin arzu etməyə həm haqqım yoxdur... Dükan, hamam, vapor, firma, fabrik və bu fəqərə mülk və əmlak sövdası tacirlər sənətidir. Dünya müəllimsiz dolana- madıqda müəllimlər təsəllütündə neft zavocöan ola bilməz, çiinki mütəməwil firma sahibi hərgiz müəllimliyə yaramaz... Tacir ticarətdə və ya sənətkar sənətində müəllimlik sevdasına düşər olsa, qəbahət görünür, hakəza müəllim məktəb lövhəsinin müqabilində hərgah mürəkkəb şüşəsinə baxıb vapor və ya neft quyusunun qay- ğusun çəkər olsa, lenet aparar. Müəllimin evi məktəbxanadır, müəllimin nökəri məktəb mülazimidır, müəllimin təvabe və ətbari çocuq-şagirdlərdir, müəllimin müxəlləfatı qara-qura məktəb mizləridir, müəllimin sazı, nəğməsi məktəb şagirdlərinin sədasıdır, müəllimin istirahəti dəftərlər təshihidir. Müəllimin mal və mətaı dərs və təlimdir, müəllimin kəsb və icrəti öz millətinin məhəbbət və iradə- tidir... Ax, xudavənda, tədris nə girenmaye məta, millət iradəti nə pürəyar bəhadır! Tila və nüqre ilə tədris və telim mabeynində nə böyük təfavütlər var! Xudavənda, təkrarən sənə şükür olsun ki, mən aciz bəndəyə süni-müəllimliyi tərbiyə verib, məktəbdarlıq peşəsin nəsib edibsən! Hər sübh və şam qapıma gələn çocuqlar tıla-nüqrə əvəzinə məndən elm və tərbiyə istəməkləri mənim üçün səadətdir. Zəhi niyyət!.. Sual əhli, yəni dünya xitamı üçün saillik edən miskinlər ah ve zarlıq ilə dövlətmendəİilər qapısında əl açıb sual etdiklərini görəndə, o turşru bədbəxtlərin zəlalət və həqarətin xəyala gətirib ölülər xeyratına bir hebbə cəmad və ya bir loqma məvad ovuclarına basarlar... Bəli, hümmətdir! Amma müəllimlərin astanasına toplanan elm dilənçiləri, yəni debistan şagirdləri şövq və zövq ilə elm tələbinə gəldiklərini müşahidə etdiyimizdə o xoşbəxtlik çovuş- lanmn başlan üstə səadət baydaqlann cılvegər görüb dirilər sağlığına elm şərbətindən sirab edərik... Bu da hümmətdir! Amma təfavütdə in kücavü an küca? Əhli-suallar səməndərlər kibi həqarət odunda vurnuxub axır zəlalət xakisterilə yeksan olurlarsa, elm talibləri izzət dəryasında gözəl bətlər kibi üzgünüb izzət övcünə pərvaz edərlər...
Dil bedest avər kı, hecci-əkbər ost.
Əz həzaran Kəbə yek dil behter əst.
Kəbə bünyadi -Xe 1 l 1 i -azər əst,
Dil nəzərgahi-cəhli-davət ost5.
Müəllimlik sənətinə fəxr edirəm, elm dövlətinə şükür edirəm...”
Müəllimlik fəxri Şeyda bəyə qələbə etdikdə o növcəvan Öz sənətinə batini nəzər ilə təftiş edib gördü ki, fılhəqiqət mal və əenas yoxluğunda çox dövlətlidir. Cavan müəllimin rəngi-ruyi qəlbindəki iftixar rəngi ilə həmraləşdikdə heyət və qiyafəsi təkəbbür hasil etmiş kibi görünürdü. Öz adətinə bərəks əllərin şalvarın cibinə qoyuban məğrur baybəççələr kibi lovğa şivə ilə qədəm götürərək, gərdiş etməyə başladı. Validəsiııdən gələn məktub mizin üstündə üzüaçıq qalmışdı. Bir-iki baş gərdişdən sonra laənşüur mizin yanında dayanıb yenə kağıza baxdı və “Diləfruz” kəlməsini gözü görən kibi dərhal başında ve xatirində həmayil məsələsi südur etdi.
Həmayil üstündə nübüw edən əfkar toxumu cavan müəllimin hədiqeyi-ruhtında təkrar bir neçə dəfə şükufə açdıqda, axır şaxeyi- kəmalda belə bir mətləb səmərəsi hüsula gətirdi ki, əhli-maariflər nəzərində töhfəliyə yaraşar idi. Şeyda bəy bu mətləb səmərəsin təsərrüfə aldıqda, bir vaxtda Diləfruza təqdim edəcək mənzərəni xəyala gətirib səbzə təbərrük edən dərvişlər şivəsi ilə sağ elin havaya qaldınban cəhrən dedi: “Buyur, Diləfruz xanım... Bərgi-səbzist töhtey i-dərviş”6.
Bu söz zimnində Şeyda bəyin xatirindən keçən mətləblər bunlar idi: “her kəs öz mal ve dövlətindən zəkat verər, əhli-maarif zümrəsinə hesab olunan müəllimin hədiyyəsi kitabdan sə vay əla- hidde şey ola bilməz. Müəllimin ağ və qızılı bəyaz üstündə qələm qarasıdır..”
Bu axırkı sözləri Şeyda bəy öz dilində cari etməklə guya girən- maye bir şey tapdı ve tapqmtı şeyə kərrat tamaşa edilən kibi bu sözü bir neçə dəfə təkrar edib, öz-özünə müdəlləl nitq ilə dedi: “Beli, Dilefhızun həmayili mərifət mirvaridinden düzülmüş yazı sətirləridir.
Ədiyeyi-tərbiye bir təvizdir ki, analar boynuna həmayil olarsa, xəta pəriləri onlara yavuq düşə bilməzlər.
Hala əlimə qələm alıban, tərbiyə xüsusunda bil nəsihətnamə yazıb Diləfruza göndərrəm, ümidvarəm ki, qızıl həmay ildən və mirvarid gəlubənddən mənim nəsihətnaməm nafe ola, çünki onlar sinə və gərdən zinəti ikən, bu, ruh və can nicatı olur. Ehtimalən, hərgah bu hədiyyəm həqir olmuş olsa da eybi yoxdur...
Pay i-mol əx bepişi-Süleyman zi muri-ləng!7
Həşəmətli Süleyman hüzurunda axsacıq qarıncanın bir qıçacıq hədiyyəsi çox nemətlərdən əfzolraq hesab olundu. Yusif bazarına hər kəs öz mətamı aparar: müəllimin metaı tədris ikən, hədiyyəsi kitab olur”.
Bu fikirlər ara Şeyda bəyin üzünə guya günəş doğdu, batindəki mərifət təcəllisi üzündə və gözündə müayinə görünürdü və qəlbindəki nişat ziyası zahiri qiyafəsində behcet səfası ilə parlayırdı, ayağa qalxaraq jiletinin cibindən bir balaca açar (anaxtar) çıxarıb, divara söykənmiş şüşə qapılı şkaf tərəfə yönəldi və dişqandan şkafın içərisinə zənn edərək kilidi açdı. Şkafın ən üst mərtəbəsində bir neçə cüzv dəfterçəler görünürdü. Bu dəftərlər türk və rus dillərində karandaş (qurğuşun qələm) ilə yazılma övraqdan ibarət olduqda, Şeyda bəyin hezerde və səfərdə hasil etdiyi təcrübələrin məcmuəsi idi. Şeyda bəy bu məcmuə məzmunundan öz “Töhfə”si üçün əfkar maddəsi istinbat etmək niyyətilə dəftərləri şkafdan alıb dərhal yazı mizinin yanına əyləşdi və dəftərin yarpaqların tez-tez vərəqləyərək, bəzi yerlərin keçərək də, gözucu ile mütaliə edirdi. Ələzzahiı cavan müəllim ürəyindəki niyyəti qüvvədən felə gətirmək üçün yeddi həftə təhrirata məşğul olmağı özünə əhd edib, xanənişinliyə istiqamət bağladı. Təmuz ayının ibtidasmdan yazıya şüru etdikdə, ancaq axşamlar iki saat miqdarı şəhər bağına gəzməyə çıxıb, baqi ayıqlıq saatlar zikr olunan dəftərlərin mütaliəsinə məşğul olur idi. Dəftər üzündən bəzi qitələri özgə bir dəftərə sebt edibən, bir neçə cüzv mərqumat hazırladı. Yazdığı müsvəddələri kitabçalar heykəlində cüzv-cüzv toplayarkən hər birisini bir ünvan ilə dibaçələyib, dübarə öz əli ile mübəyyəz etməyə başladı.
Tətil vaxtı yavuqlaşmaqda idi. Badkubenin müəllimləri bir-bir yığışmağa başladılar. Mən həm müəllimlər zümrəsində olduğumda öz vətənim Şamaxıdan Badkubəyə qayıtdım. Tiflis şəməndeferi (dəmir yolu) ilə öz mənzilimə gedirdim. Ənqəsdən yolumu Şeyda bəyin nəzarətində olan məktəbin qənşərindən saldım ki, ta yə 1 üstüce o əziz yoldaşdan ehvalpürsanlıq edib, anası mene tapşırdığı məktubu da özünə verəm. Faytonum Şeyda bəyin küçəsi tərəfə döndü. Hərçənd faytonçunun arxasından küçənin o biri başı görünür idisə də, lakin məhəllə mənə aşma olmağa görə, yandan baxmağı özüm üçün lazım bilməyib, ancaq bir neçə söz ürəyimdə vird edirdim ki, ta didar vaxtında müştaq olduğum yoldaşa o sözlərlə nəvaziş edim. Axır, faytonum Şeyda bəyin qapısına yetişdi. Faytonçu mənim buyurmama görə atları saxlayıb təhəyyür ilə mənim san baxdı. Men fələkzədə nə müsibətə düçar olduğumdan xəberim olmadıqda səbirsizlik ile faytondan düşüb darvaza tərəfə yan almaq istərdim ki, nagah qapı ağzında bir tabut, qara örtük ilə örtülmüş ve həvalisinde bir neçə aşma və yad adamlar dayanmış gördüm. Bunca hüznavər mənzərə ehzarından ürəyim neli-ahənrüba milçesi kibi lərzişə gəldikdə bir nəfəs qədəm saxlayıb, rubəruyimdə dayanan oğlandan kim vəfat etməsin sordum. Həman bu əsnadə həmsi- niflərimdən birisi qapıdan gözüyaşlı çıxaraq: “Ax, qardaş, Şeyda ölüb!” - deyibən məni qucaqladı. Sonra nə olub bilməmişəm...
Günorta azanı oxunurdu, mən huşe gəlib özümü Şeyda bəyin rəxtxabmda uzanmış gördüm. Yoldaşlar Şeydanın meyitin dəfin edib qayıtmışdılar. Bir neçəsi mənim yanımda və bir neçəsi o biri otaqlarda idilər. Həvalimdə olan adamları görür idim, lakin nə üçün cəm olduqlarm dürüst fəhm edəmiyordum. Axır Şeydanın vəfatı yuxu kibi yadıma düşdü və dərhal sinəm içinə guya bir bərk boğanaq əsdi, nəfəsim yolu tutuldu. Sinəmdə esən küləyi rədd etmək üçün ürəyim qışqırmaqlığa talib olduqda biixtiyari bir-iki ağız bərkdən çığırdım və onunla belə, guya nəfəsim yolu açılıb huşum özümə gəldi.
Şeydanın ölməyi menə çox məhal gəlməyə görə, doğru olmasına inana bilmirdim, ələlxüsus ki, mənim gözlədiyimə bərəks tamam Bakıda hər bir iş öz köhnə qaidəsi ilə keçir idi: bağda musiqi, teatrlarda tamaşa, küçə-bazarlarda seyrü səfa, hamısı həmişəki adət üzrə icra olunurlar idi. Şeydanın vəfatı ilə bu işlərin pozulmaması mənə giran gəldikdə adamlardan kərahət edirdim. Kənari adamlar bir tərəf, Şeydanın vəfatı biz yoldaşların da əhvalına çəndan təğyir vermədi, məgər ki, mənsəb cəhetincə kiçik yoldaşlardan birisi Şeydamın əvəzinə nazirliyə nəsb olub, bircə pillə iqbal nərdivanına yuxan qalxarkən öz həmcinsləri nəzərində həsəd daşı ilə songsar olub, on pillə kərahət dərəkəsinə yıxıldı.
Şeyda bəyin vəfatından on gün keçmişdi, mərhumun təhti- nəzarətində olmuş məktəbin əcnas və miixəlləfatını canişin yoldaşa təhvil vermək üçün müvəqqeten bir komissiya təsis olduqda mən də münsiflər cümləsində ehzar olunmuş idim. Şeydanın özünə məxsus olan şeyləri məktəb əmlakından ayırdıq. Yaz manatlı- ğaca sair əmlaki-mütəhərrikə siyahı olunub əmanət təriqi ile bir küncə dərc olundu. Əşyayı siyahı etdiyimiz əsnada balışın altından bir dəftərçə nəzərə gəldi. Əlezzahir bank dəftərçəsi olduqda padi- şahlıq möhrü ilə damğalanıb, amillər imzası ilə üzərində iyirmi dörd rüblə yetmiş iki qəpik nəqd səbt olunmuşdu. Melum oldu ki, biçarə müəllim yeddi il zəhmətin səmərəsindən bu məbləği qənaət edib qara günü üçün saxlayıbmış. Amma, çifayda, bu məbləğ həm qara günün sərfinə qismət olmadı, çünki meyiti dəftı etmək üçün Şeydanın yoldaşları yığva ilə on dörd rüblə cəm edib xərc etmişdilər. İmdild fəqiranə məbləği həqiranə bir daş sandıqçası alıb Şeyda bəy qəbri üstə nişangah qoyulmağa qərardad olundu.
Dəftərçədən əlavə balışın altından bir paket və əlavə kağız lifa— fə ile sarıqlı bir neçə cüzv dəftərlər nəzərə gəldilər. Paketin və bağlamanın üstündə rus və türkcə yazılmışdı: “Əziz qardaşım
S.M.Qeniyevə vüsul ola”. Hüzurda olan yoldaşların əli ilə bu girən- mayə kağızlar mənə tapşırıldı və mən olan alıb, təcilen öz mənzilimə qayıtdım və dərhal otağımın qapısın içəridən qıfıllayıb, ürəyimdə həzaran hüzn və ənduh ilə paketi açdım. Paketin içitıdə iki təbəqə poçta kağızı məktub qaidəsi ilə mənim adıma ünvan olmuşdu, məzmunu budur ki, nəql edirəm:
Fi 22 səfərül-müzəffər 1314
Bəradərim Məcid! Bu gün üç gündür ki, naçaqlayıb yatıram. Yalidəmin təkidinə görə istərdim ki, bu günlərdə Şamaxıya gəlib, tətil günlərinin axınnəcə orada qalım, amma çifayda ki, əhd etdiyim şüğldən fariq olduğum əsnadə bərk naxoşlayıb yıxılmışam. Dünən əhvalım nəhayətdə məxşuş idi, bu gün, elhəmdülillah, bir az yaxşıyam. Hərçənd əql və huşum özümdədir, lakin bu üç günün ərzində o payədə bitab olmuşam ki, daha yazmağa da taqətim yoxdur. Bu səbəbə kənari mətləbdən sərf-nəzər edib, məktubumu müxtəsər edirəm.
Bəradenm, deyirlər, vəsiyyət yüngüllükdür, yəni vəsiyyət ruh zəhmətinə xiffət verər... Hala fürsət var ikən ən mühüm vəsiyyətimi bəyan edim: məlum ola ki, bu yay fəslində bir neçə cüzv “Məktub at” hazırlamışam... inşallah, nəzərinə yetişər. Oxuyub biləcəksən ki, öz qardaşım qızı Diləffuzun adma yazmışam, amma imdi həyatım xonçası tarac olduqda daha töhfəbazlıqdan daşmıb yazdıq- lanmı ümumən əbnayi-millətə bəzi edirəm. Ümidvaram ki, özünə cəfa qəbul edib, yazdıqlanmı təshih edəndən sonra çap olunmasına çalışasan...[q 2] Təvəqqemin səbəbinə bəzi mətləblər vardır, amma yazmağa ehtiyat edirəm ki, bəlkə sərsəm əsəri vücuduma təsəllüt etmək səbəbə qiyası gətirəcəyim söz təhyeləri məntiq əndazələrinə sinə müxalif olub məhəlli-diqqətde qalsınlar...
Fi 24 səfərül-müzəffər
Beradərim! Dünən həmin kağızın yansın yazmışdım, amma əhvalım qəflətən pozulduğa görə tamam edəmədim. Dünəndən bəri məzacım çox məxşuşdur. Həkim yazdığı davam hərçənd vaxtlı- vaxtmda içirəmsə də, lakin halıma əsla təfavüt etməyir...
Çün müxəbbət şüd etilali-mezac,
Nə əzimət əsər küned, ne əlac8.
Zəhmətim çoxdur, yenə Allah razı olsun Bəşirdən ki, yardımlıq ediyor, yoxsa bu naxoşluqda qürbət eyni cəhənnəmdir... Bəradə- rim, fövqdə yazdığım təvəqqei əmələ gətirmək üçün, yəni “Mek- tubat”ıma nəşr etmək üçün yəqin ki, sendə tevanə olmayacaq. Bəs övza ve əhvalını bilibən bu qulluğu sənə sifariş etməyimdə ümid tuturam ki, maarifpərvər əşxasdan iane diləyib çapa sərf edəcəksən... İltimas edirəm ki, boynuna dilənçilik təklifi qoymağımda menə töhmət etməyəsən. Doğrudur, sual rəzalət gətirər, lakin bu yolda yox: ariflər nəzərində əməlin yaxşı-yamanlığı niyyətə mün- həsirdir. Maarif tərəqqisi üçün dilənçilik eyni izzətdir. Menfeeti- ümumi üçün nökərçilik eyni ağalıqdır. Bu mətləbi müdəlləl etməyə söz çox isə də, heyf ki, yazmağa taqətim yoxdur.
Fi 28 səfərül-müzəffər
Bu gecə azarım bir az da şədidraq idi. Yediyim davalardan əsla bir mənfəət görmədiyimdə daha istemalın tərk edəcəyəm, çünki həyat bağçasından qönçəyi-ümidim kəsildikdə, eməli yol ilə daha bir neçə nəfes bərgi-eyş saxlamağı biməna görürəm. Amma təəccüb budur ki, hərçənd deyirlər ki, guya sehhətsiz cəsəddə salim ruh ola bilməz, lakin bu hədisə bərəks imdiki nasaz cisim zəifliyində öz təbiətimdə əlahidde bir ruh qüvvəsi hiss edirəm ki, onun təsirindən laqqırtıya nəhayətdə mail varam.
Bəraderim, yenə sənə bir vəsiyyətim budur ki, cisim və canım millət yolunda vəqf edibən iş məqamında süstlük etməyəsən ki, ta can boğazma yığılan dəmdə mənim kibi nədamet oduna yanıb, cəhənnəm əzabına düçar olmayasan. Ax, vay, mənim üçün! Müəllim oluban millət xidmətinə mütəhavin olduğum günlər imdi yadıma düşəndə cəhənnəm odu ilə yanıram!..
Bəradərim, hala fürsət var ikən, hansı işlərə mükəlləf olduğunu dürüst fəhm et və öz təkliflərinə mütabiq çalış... Məbadə bu əməldə kahallıq edəsən! Mənim rəy və təsəvvürümə görə, müəllim dediyimiz zat mərifət külbəsinin dərbanı və nicat yolunun rəhbəridir. Elə rəhbər ki, məktəbxana astanasında hidayət məşələsi sancıb əbnayi-ruzigar xidmətinə gecə və gündüz amadə dayanarkən, hər bir təvəllayə gələn körpə üçün səngin təlim qapısım ira- det zoru ilə açıb nicat yolunu nişan verir.
Tərbiyə arzusu ilə məktəbə qədəm qoyan şagirdlər əksərən cəhalət yolunun xarü xəsi ilə nişzədə olduqlannda çolaqlar kibidir- lər, amma tərbiyə yolunun saliki, yəni müəllim səbr yolunda sabitqədəm olduqda, öz peyrövləri ayaqlarından gümrahlıq tikanların bir-bir qoparıb nicati-xanədanə keçirsə gərəkdir. Müəllim peşəsi süni-əla ikən məvadi-təlim, yəni insan balalan qabili-feyz cövhərlər kibidirlər. Onca suni-əla vasitəsilə bunca qabil cövhərdən
kəlami-əqdəsdo zikr olunan əşrəfi-məxluqat, yəni kamil insan əmələ gəlir ki, fəziləti:
“Nə fəiəkrast müselləm, nə mələkrahasil!”9
Məktəbə gələn körpe, qorxacıq balalar cümləsində aslan ürəkli qəzənfərlər çox vardır: Sokrat, Ərəstu, İsgəndər, Qeysər, Musa, Süleyman və hakəza qeyri-qeyri kübarlar hamısı xırdaca danədən əzim ağaclar baş vuran kibi, köıpəcə balalardan bəslənib əmələ gəliblər.
Bizlər üçün əgər bir çıraq yanacaqsa, məktəb ocağının şöləsindən yansa gərəkdir. Cəlıalət mülkünə əgər bir məhtab doğacaq isə, yenə məktəb divarından tulu edəcəkdir... Əgər sultanlıq istərsən, dəri-məktəbdə xadim ol!..
Bu mətləbin şərhi uzun çəkər, amma imkanım ohmdığa görə, “Əlarifii yekfıl işarə”10 zərbüknəsəiilə sözü qət edib, bu qədər danışmağa Özüm də kifayət edirəm.
Fi 29 səfəräl-müzəffər 1314, şəhri-Badkübə
Bəradərim, dünyada arzular çox vardır, amma hər bir arzuya nail olmaq üçün tədric nizamm gözləmək lazımdır. Qışda fərzəndinə çörək arzu edən rusta bahar vaxtı kotan dəstəsinə yapışar. Əqsa- yi-aləmde baş qaldıran mədəniyyət tərəqqisin görübən arzusun diləyən bir millət o tərəqqinin tərtiblərin də bilmək borcudur. Hər işə öz vaxtından qabaq iqdam etmək - Qırata minib hava seyri diləmək kibi əfsanədir. Şöhrət təmənnası ile tərtibsiz iş başlayan şəxs axırda şəbədəbazlar kibi məsxərə yerində qalar, Şəbədəbazlıq ilə kəsb olunan ism havaya buraxılan sabun üftirdəyi kibi partlayanda nə səsi olıır, nə əlaməti qalır. Bu sözlərdən muradım tərəqqi tərtibinin mülahizəsidir ki, binası məktəbxana üstündə bərqərar olsa gərəkdir. Bəli, tərəqqiyi-səlimin ew-elimci pilləsi məktəbxana astanasından başlanır. Əsrimizin təqazası buna olduqda, o təqazaya müvafiq əməl lazımdır...
Xoşa o şəxslərə ki, təqazayi-əsre mütabiq öz təkliflərin qanıb, ümumi insaniyyətə və xüsusi öz millətlərinə xidmət edələr!
Fi səlx səfə nil -müzəffər
Bəradərim, bizim əqidəmizlə sədəqə və nəzir bəla qaytarar və hər kəsən öz kəsb və varından sədəqə verər. Müəllimin sədəqəsi zamirindeki nicat kasasının şərbətidir ki, əbnayi-millət ona müstə- həqqdirlər...
Mərhəba, mərhəba o səqqayə ki, yay gününün hərarətində susuzları sirab edə!
Maşallah o müəllimə ki, bu əsrimizdə ebnay i'milləti cəhalət atəşində yanar gördiikde iirək qam ilə bu yanmış mərifət kasasının saqiliyin edə! Ağaclar cümləsində bibehre çinar və azadə sərv ağaçlan vardır ki, onlardan heç kəs səmərə iimid tutmayaraq da, ancaq sayəbanlıq üçün bəslənirlər, amma nar və ya alma ağacı adlanan bir nihal hərgah bir il bar verməsə odun deyilib baltalanarlar.
Öz təklifin bilməyən müəllim müddəidir ki, müəllimlər zümrəsindən nəf olunsa gərəkdir.
Millətin cəhalətindən həzər edən müəllim öz balasına nifrin edən ata kibidir. Hünərli ustad xam dəmirdən səbirlə Misri qılınc yapa bilərsə, yaxşı müəllim kectəb millətdən xoşəxlaq cəmiyyət hazırlaya bilər!
Beni-növi-beşere məxsus hər qisim həvas ve əxlaq var isə, hamısı bizim millətdə parlaq mövcuddur... Bu yerdə əxlaqi- zəmiməlerimizi zikr etməyəcəyəm, çünki yoxluqdan ariz olan şey zatən layiqi-zikr ola bilməz. Qanuni-təbiətə müvafiq nur məhv olanda zülmət çökən kibi, xeyir edəm olanda şər büruz edər. Zülmət və şer hər ikisi hərçənd lefzən mövcxıdat hesab olunurlarsa da, lakin vücudi'səlbi olduqlarına görə ədəm payəsindədirlər, çünki işıq gələndə zülmət məhv olan kibi, xeyir gələndə şər öz-özündən zayii olur. Hal-hazırda millətimizdə gÖTdüyümüz eybler keçmiş hünərlərin varlığın isbat edər, çünki gülüstan xərabə qalanda bülbül yerin cuğd tutan kibi, hünər zail olanda əvəzinə eyb büruz edər. Hər nə olmuş olsa, millətin eyblerin əğmaz edib gələcəkdəki hünərlərin nəzərə almahdır, çünki hünər cövhəri parlayanda eyb zəngi özözündən puçalar. Himmət, qeyrət, dəyanət, əmanət, səxavət, şücaət ve qeyri-qeyri qəvayi-mühasinə bilkülliyyə bizim millətimizdə biniz ediyorlar. Ruh xəzinəsinin bunca giranmayə gövhərləri zatən bizlərə əta olunduqda səd heyf ki, bazari-insaniyyetdə
bunların rəvacı üçün İayiqlı'cə bir seyqəlgah, yəni mədrəsə yoxumuzdur və bu qüsurlara səbəb zatən biz müəllimleriz, çünki məscidlər, körpülər, xəstəxanalar və qeyri təmiratı-cəmiyyə evamün- nas həmiyyəti ilə yapıldıqlarında, məktəb, mədrəsə və dəhistan müəllimlər hümməti ilə tənzim olsalar gərəkdir.
Qafil olma, qardaş! Hər kəsə hər nə versələr, verdiklərindən hesab alırlar. Müəllimliyə təklif olan şəxs həcc və zəkatə müsteti olmadıqda “kimləri öyrətdin və nə öyrətdin?” sorub bazxast olacaqdır.
İnsafən müəllimlik təklifi ağır təklifdirse, müəllimlik şəni həm uca şəndir. Müəllimlik hər bir əsrdə ağır olubsa, bu əsrimizdə dahaca ağırraqdır! Əsrimiz bir əsrdir ki, gündüzlər qiraət, gecələr kitabət müəllimlər üçün din borcudur.
Bəradərirn Məcid, hala neçə illərdir ki, məşq yolu ilə əcnəbi müsənniflərdən tərcümə edərək fılcümlə yazıçılıq istedadı hasil edibsən. İmdi hərgah yazıçılığa haqqın varsa - yaz, amma ağzına gələni yazma!..
Yazıçı təmsilən bir təbibdir ki, öz millətinin və yə ümumi insa- nın din illətlərin təhqiq edib, müalicəsi üçün ədəbiyyat nüsxəsi yazsa gərəkdir. Təbib əgər illəti təhqiq etməmiş nüsxe yazar olsa, can fovtə gedər və hakəza bitəb və kündhəvəs şəxs əfsanə üçün qələm çırtsa, təşbihən kağızın qəlbin yanb mürəkkəbin qanın tökən kibidir.
İllətin təhqiqi üçün, elm və nüsxənin yazılması üçün htuıər lazım olan kibi müsənniflik iddəası edən şəxs üçün qüweyi-dindən sevay qüweyi-təb və sürəti-fəhm lazımdır!
Bəti təb və kündkelam əczi ilə şöhrət arzu edən müsənnif Hatəmi Tainin oğluna bənzər...11 Belə şəxs əgər şöhrət taparsa da, əcəb deyil: yaman müsənniflik töhmətilə şöhrət tapmış adlar tarixi-ədəbiyyatda çox zikr olunubdur.
Müsənnife borcdur öz-ozüne hərfgirlik edərək, nəqqaşlar kibi hər bir şeyi öz rəng və surətində təsvirə gətirsin və iila axşamçağı badi-səba əsdirən əyyar öküz arxasına yəhər qoyan və ya halvaya duz tökən binəməki təlxəklərə bənzər ki, muzdu rişxənd və nifiət olur. Bu silk müsənniflərin tərifi qızıl rəng ilə əcnəbi qəzetelerin- də parələrlə bu gün nəşr olunursa, sabahı günü ülfılsatanlar əllərində rüqe-rüqe həşr olunur.
Bəradərim, bu sözləri sənə tənbih üçün yazıram ki, yazıçılıqda sərvəqt olasan!..
Başımda metləb qaynaşır, amma həmsöhbət yoxdur, tənha otaqda səni qaıbanə həmsöhbət ixtiyar edib damşıxam. Ayıtdığım sözlər furumayə olmuş olsa da, eyb etməyəsən; adətən azarlı başdan səhih mətləb çıxmağı inkar edirlər... Amma yenə seni inandırıram ki, səlaoıətliyimdə axtardığım bəzi qaranlıq mətləbləri, arxa- mızdakı şeyləri ayna içində görən kibi, imdı bir-bir aydm-aşkar götürəm.
...Hala gözlərimin üstündən qəflət eynəyi götürülübdür... Bədən səlamətliyınde dərk edəmədiyim əsrar üstündən bilmərrə pərdə soyulubdur... Ruhum ilə kəşf aləminin arasında daha hicab yoxdur.., Əgər sağalsam, mənə kəşf olunan sirli mətləbləri senə də səylərəm, imdı halal eylə, qardaşım!.. Xudahaüz... tamam...
Millət xadimi Şeyda Məsihzadə
Şeyda bəyin məktub-atı çoxdur, əksəri tərbiyə yə təlim xüsusda yazılıbdır. İntişar olması hərçənd arzumdursa da, lakin hamısın birdəfəlikdə çap etməyə təvanam yoxdur və təvanalı qardaşlarımız bihümmet olublar...
Kərimanra bə dəst əndər dirəm nist,
Xudavəndam-nemetra kərəm nist.12
Cənab Şeyxə13 xuda rəhmət edə! İmdiki qara günlərimiz üçün yeddi yüz il qabaq mərsiyə yazıb möhür basıbdır.
Axırda Şeyda bəyin vəsiyyətin əmələ gətirmək üçün məktuba- tm həmin cüzvün “Müəllimlər iftixarı” ünvanı ilə öz xərcindən çap edirəm.
Cüzv üstündə flyət yazmaqdan muradını dünya mənfəəti deyil, ancaq vüsal olan məbləği (əgər ömr vəfa versə) cəm edib tədric ilə baqi cüzvlərin nəşrinə sərf edəcəyəm.
S.M. Qənizadə
Qeydlər
[redaktə]- ↑ Məxsusən məktəbi-nizami bflro&ində Şeyda bəyin əlahiddə bir cüzv məktubatı vardır, hal-hazırda mövcud olan moktəblərimizin üytıb və qüsurları xüsusunda qeyrilər çox yazmışlarsa, anıma Şeyda bəy bu barədə əsla bır kəlmə söyləmöyir. Şeyda bo- yin te vvürima görə, köhnə qərinələrdən qalma eyibləri yox edib xalqın üzvinə çırpmaqdansa, esritruzdəki qaideyi-məmduhoni qalxan edib xalqı cəhalətdən mühafizə t etmək əfzəlraqdır. Şeyda bəyin ləfzon dediyi sözdür: “Qaranlıqda gəzmək ilə heç nə görüb göstərmək olmaz,.. İşıq gətirməlidir! İştq gələndə zülmət öz-özündən məhv olar və omrol& belə, hər şey öz rəngində görünər”.
- ↑ Mərhum Şeyda bəy hərçənd öz məktubatının təshihini xahiş edib sə də, lakin, inşa cəhətdən hamı yazdıqları bitəbdil çap olunacaqdır.
Şərhlər
[redaktə]1. Tərcüməsi: Adəti tərk etmək xəstəlik törədər.
2. Tərcüməsi: Əziz oğlum və gözlərimin işığı Şeyda, ömrün uzun otsun.
3. Tərcüməsi: Ağıllı adamın nəzərində yaşıl ağacların yarpaqlarının hər biri Allahı tanıtdıran bir dəftərdir.
4. Tərcüməsi: Dünyanın yeddi iqliminin (ölkəsinin) binasını qoyan şəxs her adama layiq olduğu şeyi də verdi.
5. Tərcüməsi: Ürək elə al, çünki bu, ən böyük həce ziyarətidir. Bir ürək min Kəbədən yaxşıdır. Kəbənin əsasını İbrabim Kelilüllah qoymuşsa, iirek böyük Allahm nezərgahıdır,
6. Tərcüməsi: Dərvişin töhfəsi bir yaşıl yarpaqdır.
7. Tərcüməsi: Axsaq qarışqanın Süleymana hədiyyəsi bir çəyirtkə ayağı oldu.
8. Tərcüməsi: Məzacın səhhəti pozulanda nə dua, ne ovsun kömək edər, ne müalicə.
9. Tərcüməsi: Ne fələk, nə də mələk əldə ede bilir.
10. Tərcüməsi: Arifə işarə kifayətdir.
11. Rəvayətə görə, əfsanəvi səxavətLi Hatəmin oğlu Ədi bir gün anasına: “mən də səxavətdə atam kimi ad qazanmaq istəyirəm”, - dedikdə, anası ona: “sən atan kimi ola bilməzsən”, - cavabım vermişdi. Ədi anasının sözünə qulaq asmayıb yoxsullara paylamaq üçün güya bir neçə dəvə kəsdirir. Pay almaq üçün sıraya düzülənlərdən birisi ikinci dəfə pay almaq isterkən Ədi ona: “sən indicə pay almadınmı?” - demişdir. Bu zaman anası ona: “Men demədimmi ki, sən, atan kimi ola bilməzsən. Atan onu heç vaxt boş qaytarmazdı”, - deyib. Guya bu əhvalatdan sonra səxavətli kimi ad qazanmaq istəyən Ədi camaat arasında xəsis kimi tanınmışdır.
Müəllif bu əfsanəvi rəvayətdə işarə edir,* yəni ancaq şöhrət iiçiin əsər yazan müəlliflər tarixdə pis ad qoyub gedirlər.
12. Tərcüməsi: Alicənabların əlində pul yoxdur, nemət sahiblərində isə kərəm yoxdur.
13. Yuxarıdakı beytin müəllifi Şeyx Müselləheddin Sədi nəzərdə tutulur.
P.S. Qeyri şəhərli həmfikir və həmsinif qardaşlarımızdan iltimas olunur ki, öz aralarında cəmiyyəti-xas ibraz edib nafe risalələr nəşrinə guşiş edələr. Hümmətli qonşularımız “Cəmiyyəti-təbü nəşrilər təsis edib ildə neçə-neçə kitablar və kitabçalar təb ve nəşr ediyorlar. Hərçənd mezbur “Cəmiyyət” təsisi bizlərə rüxsət olmadısa, lakin zatən hər bir cəmiyyət əfradi-təfərrüqədən mücəssem olmaq iqtizasınca hər bir fərd öz-özlüyündə işə həmiyyət edər olsa, axırda işin nəticəsi mütəmm cəmiyyət əmalma bərabər olur.