Məzmuna keç

Məliki-noqqal

Vikimənbə saytından
Məliki-noqqal
Müəllif: Əliqulu Qəmküsar
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.


Bütün şieyi-Əmirəlmöminin ölkelərində əz on cümlə bizim Qafqaz şəhərlerinde, ələlxüsus Bakıda mərhum və mərhumələrin sümüklərini gordan gora daşımaq qədimdən bir adətdir. Hər il Korbəlayi-müəlla ziyarətinə gedən müsəlman qardaşlann yüzdə doxsamnın torbalarında ya atalannın, ya analarının, qardaşlannın, qövm-əqrəbalarınm sümüklərı gərək gedtb Kərbəla torpağında dəfn olunsun. Müsəlman qardaşların bu meyİt sümükləri daşımaqda nə qədər bica xərcləri olur ki, qəbrdən çıxartmaq bİr xərc, chsan verib molla, tüllab çağırıb məzarxanlıq etmək ikt xərc, yola salmaq üç xarc... Xülasə, bir belə xərci çəkə-çəkə Mələki-nəqqala da şəkk gətirmirik. Bu mələk Allah tərəfmdən xolq olunub və onıın vəzifəsi Kərbəla toıpağına layiq olmayan sümükləri geri götürüb yerinə bir müqaddes tanrı bəndəsi, əhU-təqva vücudun mübarək sümüktərini apanb qoymaqdır. Mən sümük daşımaq xərcinə bica deyirəm, çünki əgər biz Kərbəlaya apardığımız sümüklər o torpağa layiqdirler, onlan Mələki-nəqqal özü do bizsiz oraya aparacaq, daha nə lazım xərc çəkmək. Əgər o totpağa layiq deyİl, Mələki-nəqqal genə geri qaytarıb ewəlki qəbrinə qoyacaq. Genə xərc çəkmək laztm deyil. Sözü bir az aydınedək ki, müsolman qardaşlar düriist düşünsünlər. Mesələn, Həsənbəy Məlikov üç il bundan qabaq vefat edib, indi belə güman edək ki, onun övladı istədi onun tıəşini Kərbəlaya aparsm, yəqin cdək ki, Mələki-nəqqal onun nəşini götüriib birbaş gətirib köhno yerinə qoyacaq və onun yerində de aparıb Fazil Dərbəndinin mübarək sümüklərini dəfn edecək. Şok yoxdur ki, Mirzə FəteH Axundov müsəlmanlıqdan kənar bir şoxs idi. Buna da dəlilimiz onun orucnamazdan uzaq qaçmağı vo sarsaq-sursaq komediyaiar ortalığa salıb, möhtərom xanlarımıza, boylərimize, ülemamıza, ağsaqqallarımıza sataşmaq idi. Indi belə güman edek ki, Mirzə Fətəlinin övladı onun sümüklorini aparıb Kərbelada dəfn etdilor. Yəqin Mələkı-nəqqal fovron onun bədənini çiynino alıb birbaşa gətirib Tiflis qəbiristanında yerino qoyacaq və onun yerine ya Ağa Bağır Məclisinin və ya Mirzə Ələsgərxan sədr Əzəmin mubarək sümüklərini apanb qoyacaq. Sabir Şirvaninin sümüklərinin yerinə yəqin Ağayi-Mir Mehdi ilə Seyİd Memmədin mübarək sümüklərİnİ apanb qoyarlar. Birpara möhtorəm vücudlanmız var ki, onlar dünyadan gedon kimi cənazəlorini də yerdən MəIəkİ-nəqqal götürəcək. Məsələn, Hacı Molla Baba Qubalı, Yekəqann molla Qarabağlı, Molla Ismayıl Axund Qafqazi, Molla Mehəmmədəmin və Mir Memməd Kərim Bakuyi, Səməd xan Marağayı, Hacı Mirzə Həsən ağa müctəhidi-Təbrizi, Şeyx Həbib və Mir Paxır ağa Şirvani, bunlar hamısı behişt quşlarıdırlar ki, vəfat edon teki birbaş mübarək bədənlori Kərbala torpağına azim olacaqlar. AJlah tezlik ilə arzulanna çatdırsın. XüJasə, bunu demək istərdİkki, bir belə xərc-mərc nə lazım, Kərbəla torpağına layiq olan özü də gedəcək, layiq olmayan min xərc çəksən genə qayıdıb özünün köhnə qəbrine gələcək.
Mələki-nəqqal Allahın nurundan xəlq olunmuş bir məxluqdur. Odur ki, biz qara palçıqdan xəlq olanlar bunu görmeyə qadir deyilik. Ancaq bizim içimizdə Mələki-nəqqalın əmsalı vardırlar, bunlara biz təbibi-nəqqal adı qoyuruq, təbİbi-nəqqallann da vəzifəsi həmçinin nəql-köçürtməkdir. Bunlar msanlan dünya evindən axirət evine köçüriirlər ve köçmək xeyaiına düşən şəxsler köçmək xərcim' təbibinəqqalla öz ell&rİlə verib, sonra ölürtər. Təbibi-noqqaltarın bu keçon vaxtda Bakıda bir mühüm şuraları olmuşdu. Buna səbəb tebib Gindesin neftçiler şurasınm xestexanasmdan ixrac olunması idİ. Tebib Gİndes heman xəstəxanada səkkiz ildir ki xidmət edir və xəstəxananın korpe uşaq şöbesi onıul ixtiyarında idİ. Bu şəxsin təqsiri bu olubdur ki, xidmet edən zaman, neft mədənlərində qulluq etməyənlerin naxoş balalarmı qulluq edənlerin balalan kimi qəbul edib müatico edib. Bu da ağalara xoş gelmoyİb, həkimə buyurubtar ki, yanma naxoş uşaq getirənlər egər neft mədəntərində qulluq edənlər olsalar qəbul et və illa uşağın bir əlindən, bir ayağından yapış, at palanın ortasına, düşsün qenborin üstünə. Hekİm də bu növ “Ağa buyurur sür dərəyə”ni bacarmayıb ixrac olunub. Gindesin balalar atalarının boynunda çox haqqı olmağma görə, başiadılar “Kaspi” qəzetində kağızlar vasitəsilə təbibdən rizamendlik etməyə. Bu rizaməndlik kağızları günü-güııden çoxlaşıb axırı bir od olub yapışdı təbibi-noqqallann canlanna. Söz yox bu kağızlar Gindesin şöhrətini daha da artırdı və bu da təbibi-nəqqallann mədaxillərinin azalmasına səbob oldu. O idi ki, təbİbı-nəqqallar şura edib “Kaspi” qezetində Gindes baresində yazılan kağızlara protesto etdiler. Təbiblərdən ağayi-Qrim Terter ayağa qalxıb açıq-açığına dedi: “Həzərat! Müsəlman qəzetində Gindesin admı Loğmani-sani qoyublar. Bundan sonra əvam müsəlmarılar hamısı naxoş uşaqlarını birbaş gətirib Gindesin yamna aparacaqlar. Pəs belə olan surətdə biz məgər anamızın südü ilə dolanacağıq?! Sonra ağayi-Aqırqırha ayağa qalxıb təklif etdi kı, qaradovoya şikayet etsinlər, ta kİ o gedib qezetxanalarda Gindes adı çəkənlərin ağıztannı cırsın. Ağayı-Toxmi-xəbbaz, ağayi-Şikəmparə, ağayi-Məğzbadam, ağayi-GüIxətəmİ, ağayi - Xiyarçənbər, hamısı yamqlı nitqler İrad etdilər. Bu nitqlərin hamısmın mənası bu idi ki, əgər qəzet vasttəsilə tebib Gİndes camaatın məhəbbətini cəlb etsə biz nə yeyecəyik, Qaradovoy qəzetlərə Gindes barəsində gələn kağızlan qadağan etdi. Amma təbibİ-nəqqalların acığına uşaq xostəxanası üçün toplanan ianənin qədəri günü-gündon artmaqdadır. Az vaxt keçer kİ, təbİb Gİndesi xüsusi bİr uşaq xəstəxanası müdİri görərik. Dilsız-ağızstz balalar hamİsi olan Gindes cənablanna “Molla Nesrəddin” idatəsi öz səmimi məhebbotini izhar etməyi müqəddəs vəzifə hesab edir.

  • "Molla Nəsrəddin", 12 iyul 1913, N 19