Məmələrin (Ərzurumlu Əmrah)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Məmələrin (Ərzurumlu Əmrah) Müəllif: Ərzurumlu Əmrah |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Əwəl bahar, yaz ayları gələndə,
Açılmış baxçada nar məmələrin.
Versən də ağzıma, əmsəm doyunca,
Bal ilə yoğrulmuş yar, məmələrin.
Açma köksün, açma, rəqib baxıyor,
Yar, sənin atəşin məni yaxıyor.
Tənin mişgi əmbər olmuş qoxuyor,
Al mənim məndilim, sar məmələrin.
Əcəl quşu gəlib başa qonanda,
Tənim çıxıb tənaşirdə yananda.
Biçarə Əmrah da bir gün öləndə,
Məzanm daşına sür məmələrin.