Məmmədzər Qəhrəman oğlu, Mustafa və Əbdüləli (Əbdüləzimin oğlanları) tərəfindən ərizə

Vikimənbə saytından
Jump to navigation Jump to search
%75 tamamlandı
Məmmədzər Qəhrəman oğlu, Mustafa və Əbdüləli (Əbdüləzimin oğlanları) tərəfindən ərizə (1918)
Müəllif: Məmmədzər Qəhrəman oğlu, Mustafa və Əbdüləli

Azərbaycan Respublikası hökumətinə, Şamaxı uyezdinin Qale-buğurt (Qaleybuğurd) kəndinin sakinləri adından Məmmədzər Qəhrəman oğlu, Mustafa və Əbdüləli (Əbdüləzimin oğlanları) tərəfindən

ƏRİZƏ

1918-ci ilin 25 aprelinə kimi biz Nuzkeş adlanan yerdə yaşayırdıq. 16 ev idik. Özümüz də firavan yaşayırdıq, Şamaxı hadisələrindən bir neçə gün sonra Steopan Lalayevin başçılığı ilə həmin yerə 100 əsgərdən ibarət bir dəstə adam gəldi. Onlarla birlikdə Çuxuryurd sakinləri Boris Avanes oğlu, Palanq və Semyon Qara İvan oğlu, Polovonxin və Yakov İvanoviç, Semyon Popov, Matvey Qaraev və Ovopoxinin oğlu da bizim yaşadığımız yerə gəldilərş. Stepan Lalayev bizə elan etdi ki, bundan sonra bizim çarımız odur və bizim bütün mülkümüz onun olmalıdır. Əmr verdi ki, bütünmollalar və mülkədarlar yığılsın. Bizim hamımızı isə Çuxuryurd kəndinə göndərdi. Amma meşəni keçərkən əmr verdi ki, bizi güllələsinlər. Onlar bizə atəş açmağa başladılar. Bizlərdən dörd nəfərimiz qaçmaqla, başımızı qurtara bildik. Qarət olunmuş heyvan-qaramızı və mülkümüzü ermənilər apardılar.

Yuxarıdakıları – faktları göstərməklə Azərbaycan hökumətindən xahiş edirik ki, tələf olanların ailələrinə və yetim qalmış uşaqlarına himayədarlıq və köməklik göstərilsin. Müdafiəsiz və günahsız adamların ölümünə biz heyfsilənirik. Bütün ümidlərimiz 1919-cu ilin yaz və yay fəsillərinədir.

Savadsızların əvəzinə imza etdi: Molla Əli İbrahim oğlu