Mənəm (Şımpırlı Sevgili)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Mənəm Müəllif: Şımpırlı Sevgili |
Mənbə: Niftalı Göyçəli. GÖYÇƏ MAHALI QƏDİM TARİXDƏN BU YANA. davam.az saytı |
Ana, məni qınamayın,
Bir dərdi beş olan mənəm.
Ağamdan badə almışam,
Bəlaya tuş olan mənəm.
Bir pürkamal igid sevdim,
Sevib-seçdim eşqə düşdüm.
Badəni yarımçıq içdim,
Baharı qış olan mənəm.
Sevgili dönübdü külə,
Dərdi düşməyibdi dilə.
Adını demirəm hələ,
Canı naxoş olan mənəm.