Mənəm (Koroğlu)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mənəm
Müəllif: Koroğlu
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

İstərəm ki, tanıyasan mən mərdi,
Çəkib şəhərləri taladan mənəm,
Dava günü iyid bəhsi düşəndə,
Cidanı çidaya çaladan mənəm.

Səynrdnb Qıratı, kirrəm meydana,
Qızıb çəng elərəm mərdi-mərdana,
Hoy-hoy ilə qılınç çəkİb düşmana,
Leşi leş üstündə qaladan mənəm.

Koroğluyam, mən qovğadan doymaram,
Qisasımı bəj, paşada qoymaram,
Qovğa günü yüz namərdi saymaram,
Mərdə öz qanını yaladan mənəm.