Mənəm Nizami, Nəsimi, Füzuli həm də Sabir

Vikimənbə saytından
Mənəm Nizami, Nəsimi, Füzuli həm də Sabir! (1994)
Müəllif: RAUF CAVAD

Mənəm Nizami, Nəsimi, Füzuli həm də Sabir!
Axar Araz, coşar Xəzər, söylər dilim də tək bir!

Alışıb yanar dərddən də dəva-dərmansız sözlər,
Bulunmazmı dərdə çarə, səndən kiçik, ey Kəbir?!

Bilməm çarəsin bu dərdin istəyi məndən nədir!
Sürgün edilmiş həqiqət, hər tərəf olmuş qəbir!

Zülm çıxmış ərşə, çərxi fələk də dönmüş tərsinə,
Dövr eyləyir dövran əksinə, işləyir zülm cabir!

Yox bu dünyada əlac, kimsəsiz məzlum bəşərə?!
Bəs kim eylər məzlumlara kömək, kim görər tədbir?!

Qalmış sözlər kimsəsiz, oxunmamış kitablarda,
Susmuş, lal olmuş vicdan, guya ki, eyləyir səbir!

Anlamır qafil ki, bu dünyada nədir hürriyyət!
Söyləsən Həqqi, duymaz, eylər sözü min cür təbir!
 
Söylə ey canım Həqqi ki, olsun həqiqət agah,
Bəlkə ayılar bu qafil yuxudan olar xəbir!

Çevrilib dönmüş bəşər amansız zülmkar zalıma!
Zülm edir məzluma, olmuş xasiyyəti də bəbir!

Çoxalmış cahillik əfsuslar yayılmış cahana!
Düşünmür insanlıq barədə kimsə ola əlbir!

Bilməm bu nə sevdadır köksümdə həp tüğyan eylər!
Salaram Həqqi yada mən binəva həp arabir!

Ey Rauf, bütün bəşər eyni bədən, hamı Adəm,
Qoyub kim dünyaya qədəm, anlasın ki, anabir!
            ...Müəllif:Rauf Cavad