Mənəm ki, sakini-meyxaneyi-diyari qəməm
Mənəm ki, sakini-meyxaneyi-diyari qəməm Müəllif: Sadıq bəy Əfşar |
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.74-75. |
Mənəm ki, sakini-meyxaneyi-diyari qəməm,
Hərifi-badəkeşi-bəzmi-sağəri-ələməm.
Əlimdə cami-bəla, eşq kişvərində Cəməm,
Nəzərdə gərçi gədayəm və leyk möhtəşəməm.
Başımda çətri-siyəh sayəbani-ahımdur,
Hücumi-dərdü bəla ləşkərü sipahımdur,
Mənim ki, gəzmədi hərgiz sipehr kamımla,
Müyəssər olmadı bir kam ehtimamımla,
Oturmadım nəfsi sərvi-xoşxuramımla,
Tamam olmadı ömrüm məhi-təmamımla.
Həmişə çərxdən azardur nəsib mana
Zəmanədən yetişür möhnəti-qərib mana.
Nədür zəmanə işi, cövr ilə cəfa etmək,
Sipehr şivəsi təğyiri-müddəa etmək,
Rəqib dərdi-dilin bilməyüb dəva etmək,
Məni ki, dərdi-dilim sərbəsər cəza etmək.
Könül, zəmanədən incinmə, şadü xursənd ol,
O aqil irməz isə, bari sən xirədmənd ol.
Hilal tək fələkün cövründən xəm olsan tək,
Bəlayə həmnəfəsü dərdə həmdəm olsan tək.
Hərimi-cövrü cəfa məhrəmi-qəm olsan tək,
Qəribü badiyəpeymayi-aləm olsan tək.
Ki, əglənüb qalasan qeyr müddəasilən,
Bəli, deyib gəzəsən özgələr rizasilən.
Əgər ki, yarə müti olsa yar, ar olmaz,
Qəbuli-xidməti-əhbaba şərmsar olmaz,
Rəfiq xidmətidi, kəsri-etibar olmaz,
Get-gedə sitəmin çəksə, xarü zar olmaz.
Nəuzbillah, əgər süflə ola mənzurün,
Günah ilə nə miqdar ola məqdurün.
Şükür kim, talibi-dünyayi-dun degil könlüm.
Hərifi-xəlvəti-bəzmi-cünun degil könlüm.
Müqəyyədi-qədəhi-laləgun degil könlüm,
Zəbuni-minnəti-xəsmi-zəbun degil könlüm.
İşim həmişə qəmü dərd birlə şad olmaq,
Murad tərkin edüb rindü namurad olmaq.
Nə bir rəfiq ki, rəf'i-məlal edəm naçar,
Nə bir təbib ki, dərdi-dil eyləyim izhar,
Mənəm həmin qəmü ənduhü kəsri-səbrü qərar,
Budur mana fələkün lütfü az-çox dəvvar.
Nə ruzigar, nə dirilik, nə müddəadur bu,
Bu işdə kari-rəva olmadum, rəvadur bu.