Mən ölmüşəm diri ikən qoyun tabuta
Görünüş
Mən ölmüşəm diri ikən qoyun tabuta! (1993) Müəllif: RAUF CAVAD |
Mən ölmüşəm diri ikən qoyun tabuta!
Bəlkə yatmışlar röyadan qalxıb oyana!
Ey Həqqi görüb Həqqə iman gətirənlər,
Qoymayın qafilləri qəflətdə uyuya!
Anlamır hələ bəşər, bizlər müsafirik,
Gəlmişik qalaq qonaq, xəyal dünyasına.
Görülən-görünməyən hər şey bir xəyaldır
Ki, verilib, insan xəyalını yarada.
Var ikən bədəndə bu can gərək düşünək,
Tələsək, yaxşı-xeyirxah insan olmağa!
Gəl çək kimsəsiz-yetim-fəqirin dərd-qəmin,
Tələs, ey Adəm övladı nicat tapmağa!
Paylaş ey can, sənin olmayan var-dövləti,
Mal-mülkün sahibi, məxsusdur Yaradana!
Ağıl görər, qulaq dinlər, dil danışar, gəl,
Gətir imanı Rauf sevgili Canana!
...Müəllif:Rauf Cavad