Mən (Çorlu Məhəmməd)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mən
Müəllif: Çorlu Məhəmməd
Mənbə: Qəşəm Vəliyev (2012). Çıldırlı Aşıq Şenlik (az). Azərnəşr. achiqkitab.az. Yoxlanılıb 2017-02-14.

Dərdim yandırır canımı,
Öz-özümə qadayam mən.
Dədə, abdal, dəli, dərviş,
Bir sirr dolu odayam mən.

Yurd xaraba, el dağılıb,
Açılan güllər soluxub.
Sinəm üstə dərd yığılıb,
Qan-yaş tökən didəyəm mən.

Məhəmmədin bağrı yara,
Vətənində düşüb dara,
Bir aşığam, bəxtiqara,
Oğlu ölən atayam mən.