Mən (Usta Abdulla, Deyilənlər gerçəkdimi)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mən (Usta Abdulla, Deyilənlər gerçəkdimi)
Müəllif: Usta Abdulla
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab) (az). Elm və təhsil (2018). Orijinal mənbədən 2018-06-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-06-01.


Deyilənlər gerçəkdimi,
Doğurdanmı dəliyəm mən!?
İstəyirəm ağıllının,
İç üzünü əliyəm mən.

İşləyirəm hər bir öydə,
Mənə birdi kasıb, bəy də.
Haqqım olsa daş da, zəy də,
Hamısına “bəliyəm” mən.

Mən ustayam, çalışıram,
Dəzgahımla yarışıram.
Qan-tərimə qarışıram,
Abdullayam, ləliyəm mən.