Mən (Xəstə Hasan)
Görünüş
Mən Müəllif: Xəstə Hasan |
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.442; ISBN 978-9952-571-42-4 |
Səyyad oldum, seyrə vardım, tor qurdum tərlana mən,
Getdi qışım, gəldi yazım, dönmüşəm gülşənə mən.
Çəkərəm gül minnətini bir qönçə gül eşqinə,
Səhra gəzdim, dağ dolandım, sığınnam Sübhana mən.
Üç ay yazdı, üç ay yaydı, üç ay payız, üç ay qış,
Olmuşam leyli-nahar intizarı,sırxapiş.
Əl götür fbli-fəsaddan, axirət üçün bir çalış,
Ay ağalar, bənzərəm bu dünyada mehmana mən.
Xəstə Hasan elə cövrə,söylə, necə dayansın,
Böylə dönsün çərxi-gərdiş, dövran belə dolansın.
İsrafil surunu çalsın, cəmü məxluq oyansın,
Uyaram o məxluqata, gələrəm nizama mən.