Mən Raufam, bəşərə canam, zülmə etiraz

Vikimənbə saytından
Mən Raufam, bəşərə canam, zülmə etiraz (1995)
Müəllif: RAUF CAVAD

Mən Muhəmməd Mustafanın Heydəri-Şiriyəm,
Əli Murtəzanın, qapısında duran sirriyəm.

Mən, bəşərə ruh verən Həqqin, əks xəyal nuru,
Zəhra can verib xilqətimə, qızılgüliyəm.

Mən sülh eylədim, oyansın cahil, yatan qafil,
Həsən olub sülhə nail, çün mərifətiyəm.

Mən boyanmışam al qanimə Əli eşqində,
Hüseyn məktəbində qanunun ədalətiyəm.

Mən səhrada qaldırdım zülmə üsyan bayrağı,
Abbas Ələmdar, can eşqə fəda, qeyrətiyəm.

Mən gördüm Kərbəlada yetmiş iki Gözəllik,
Zeynəb söylədi, mən həqiqətin aşiqiyəm.

Mən susuz eşqəm, ləbi tazə, baş nizə üstdə,
Rüqəyya nazlı gülüm, söylər Həqq Gözəliyəm.
  
Mən Musa, mən İsa, mən Xızır, mən əqli Adəm,
İman əhli İbrahim peyğəmbər sünnətiyəm.

Mən kimsəsiz yetim kəslərə vicdana dayaq,
On dörd nur, biz kəbə, mən qəlbin son qibləsiyəm.

Mən Raufam, bəşərə canam, zülmə etiraz!
Rauf hər an gözlər! Gözlə! Mütləq gələcəyəm!