Mən Türk oğlu, mənəm iman

Vikimənbə saytından
Mən Türk oğlu, mənəm iman! (1993)
Müəllif: RAUF CAVAD

Al vətən məni qoynuna,
Bərk sıx qucaqla bağrına!

Mən Türk övladı müsəlman,
Adım Şah İsmayıl, Sultan!
Cavan şirəm bugün, hər an,
Mən Türk oğlu, mənəm iman!
Oyan vicdan, qalx divana!

Böyüyür kin içimizdə,
Yaltaq olub dilimizdə!
Arsızlıq yox dinimizdə,
Kin, niyə var elimizdə!?
Düşmən dolub yurdumuza!

Kin məskən salıb, ay aman,
Qəlbimiz qaralıb yaman!
Yanıb kül olub din-iman,
Yetiş dada ey Yaradan!
Dönüb yurdumuz al-qana!

Hanı Babək, hər yüz ildə!
Azadlıq verilmir dildə!
Söz əvarə, pis şəkildə!
Türkçülük yox, zay nəsildə!
Kim çıxacaq dayaq, xalqa!?

Qaçaq düşüb Nəbi, vicdan!
Yox Nigar surəti Hicran!
Nadir şahdır Rauf Zaman!
Üsyan qaldırar Cavad xan!
Ey Türk oğlu qalx ayağa!