Mən bir kitabəm
Mən bir kitabəm Müəllif: Məhəmməd Hadi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Mən bir kitab, hər vərəqim min kitabdır,
Ayati-məhkəmati bütün inqilabdır.
Qılsın mütaliə məni ərbabi-inqilab,
Görsün bu ayələrlə nasıl feyziyabdır!
Sönmüş həvasə şölə verir nuri-fikrətim,
Ruhum füyuzpərvər olan afıtabdır.
Olmuş vətən qünudə ləyali-cəhalətə,
Zülmatə qarşı mərifətim mahtabdır.
Hürriyyət ilə etməli məmur milləti,
Yanır, əsarət ilə vətən pək xərabdır.
Tiği-məzalim ilə əvalim cərihədar,
Ey ədl, sürət eylə, zəmani-şitabdır!
Əshabi-zülm ziynətidir təxti-rahətin,
Məzlumlar dilim kimi püriztirabdır.
Bax, bax, şu hurə, qoynuna girmiş səfalərin!
Dildadeyi-cəmalı düçari-əzabdır.
Ağuşuma atılma, a zalim, dayan, dayan!
Son xabigahın iştə kənari-türabdır.
Aldanma rəngü buyinə gülbərgi-hüsnünün,
Beş gün sürər də, sonrası bibuyi-tabdır.
Çox süzdü gözlərim bu riyazi-təbiəti,
Hər qönçənin təravəti mürrəssəhabdır.
Gəl müstəfid olaq, mələkim, gəl, həyatdan,
Hər dəmdə istifadə edən kamiyabdır.
Şeyxüxətin şitasi gəlir, qafıl olma kim,
Fürsət zəmani iştə bəhari-şəbabdır!
Yoxsa başında kövsərü huri həvası var?
Olsun nəticəbəxş, nə ləzzətli xabdır?
Tihi-xəyal içində şitaban olan səfil!
Yortma! O parlayan su deyildir, sərabdır.
Sun badeyi-məhəbbəti hürriyyət eşqinə.
İnsanə intibah verən bu şərabdır.
Çıx, çıx məzardan, ərəsati-həyatə gəl!
“İqrə kitabəkə”... bu ki yövmil-hesabdır.
Zülmətpəsəndlər giriyorlar cəhənnəmə,
Rövşəndilani-elm behiştiməabdır.
Əsfəllərə tənəzzülü şayistə görməyən —
İnsanə afərin, necə alicənabdır!
Elm əhlidir cahanda səzavari-iltifat,
Cahil həmişə məzhəri-qəhrü itabdır.
Cahil sənə edərsə cəhulanə bir xitab,
Mənalı bir sükut ona əla cavabdır!
Şeytani-cəhli yaxmağa əflaki-elmdən —
Bu xaki-tirənakə yağanlar şəhabdır.
İnsanları birər ediyor əsr imtahan,
Bu dövrü-irtiqa, məhəki-intixabdır.
Çıxdı niqabdan o həqiqət çiçəkləri,
Millət xəyalət ilə hələ dərhicabdır.