Mən bir qonağam dünyada, ad-sanım Mehman
Görünüş
Mən bir qonağam dünyada, ad-sanım Mehman! (1996) Müəllif: RAUF CAVAD |
Mən bir qonağam dünyada, ad-sanım Mehman!
Gəlmişəm vətənə gedəm, dərd-şanım Mehman!
Əvəlli ki, olmuşdu yox, var oldu var-yox,
Yarandı var cümlə yox, sözüm-canım Mehman!
Sevgidir bu dünyada yeganə varlığım,
Varam ki, həm yoxu həm varı qanım Mehman!
Yaradıb ümidlə məni sevgili Canan,
Qərar tutub qəlbdə olub Sultanım Mehman!
Gözəllikdir bu Gözəl dünya xəlq olunub
Ki, görə hər kəs ola can Heyranım Mehman!
Ətirlidir bağ-bağçada qızılgül-çiçək,
Bu gün gəlib qonağ güli-Reyhanım Mehman!
Bəzənib al-əlvan qəşəng yaşıl göy çəmən,
Gözləyir yolun Aşiqin, Cananım Mehman!
Bülbül oxur gül-çəməndə Şirin nəğməsin,
Səslər Hicranı, gəl Rauf Zamanım Mehman!
...Müəllif:Rauf Cavad