Mən cahandan doymuşam, doymaz mənim qanımdan el
Görünüş
Mən cahandan doymuşam, doymaz mənim qanımdan el Müəllif: Əlişir Nəvai |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Mən cahandan doymuşam, doymaz mənim qanımdan el,
Mən canımdan üzdüm əl, çəkməz əlin canımdan el.
Tay-tuşum rüsvay olub, rüsvay odu lav-lav yanar,
Rast gələn yoldan çıxar, ötməz mənim yanımdan el.
Toz basıb üz-gözləri, yox tamyan bir-birini,
Halımı sorsa, girib çıxsa bu viranımdan el.
Kəbəmin hər daşma, ey Xızr, mən can sürtərəm,
Axışar, tutsa xəbər Kəbəmdən, ünvanımdan el.
Ey Nəvai, tutmasınlar eyb əgər divanəyəm,
Oxusun qoy ol pəri vəsfin bu divanımdan el.