Mən fağırın xətirinə dəyibdi
Görünüş
Mən fağırın xətirinə dəyibdi Müəllif: Aşıq Şenlik |
Mənbə: |
Zinzal dərəsində suyun üstündə,
Bir fahişə mən fağıra söyüfdü.
Allahın yaramaz mundar yasarı,[1]
Demədinmi eşidəllər ayıfdı.
İnsanı görəndə ağzın ayırır,
Qoltuğunun qılı camış doyurur,
Təpəsində leylək yuva qayırır,
Dişlərini qazma kimi eyifdi.
Özünə baxmayıb lağ edir bizə,
Boynu armut sapı məməsi küzə.
Sirkəli saçını sarıf ağ bezə
Dazalax[2] başına dıngə qoyufdu.
Gözləri mavidi rəngi sarı,
Didarında yoxdu Məhəmmət nuru
Sənə qənim olsun Şenliyin piri
Mən fağırın xətirinə dəyibdi.