Mən gedim
Jump to navigation
Jump to search
Mən gedim Müəllif: Aşıq Hüseyn Şəmkirli |
Mənbə: Seçmə aşıq şeirləri. 3 cilddə. I cild (az). DGTYB (2011). Orijinal mənbədən 2016-04-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11. |
Yari-vəfadarım, gəl halallaşaq,
Hökm gəlib Naxçıvana mən gedim.
Bir uzax səfərdi, gedən qayıtmaz,
Dolubdu peymanam cana, mən gedim.
Yar olan yar ilə gəzər vəfadar,
Dost, düşmən içində etmə məni xar,
Fikir çəkib olma məndən intizar,
Qaranlıxdı, ol dumana mən gedim.
İş qatma sən Aşıq Söyün işinə,
Hərcayı söz haçan gələr guşuna,
Naxçıvanda ağkeşişin qızına,
Gədəlik eyliyim xana, mən gedim.