Məzmuna keç

Mən kiçik bir şairəm, susdurulmuş, əzilmiş

Vikimənbə saytından
Mən kiçik bir şairəm, susdurulmuş, əzilmiş
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: M.Mübariz
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004.


Mən kiçik bir şairəm, susdurulmuş, əzilmiş,
Üz tutub, söz deyirəm qüdrətli bir ustada.

O yüksəlmiş söz ilə həqqiqətin fövqünə,
Ən uca mənsəb ona nəsib olmuş dünyada.

Nə cürətlə, bilmirəm, ona namə yazıram,
Onun yanında kiməm, adım şair olsa da?
 
Hanı məndə yağmağa hazırlaşan o bulud?
Hanı elə qılınc ki, zəfər çala davada?

Tale mənim təbimi etsə də söz çeşməsi,
Tapmadım qiymət verən, əfsus ki, istedada!