Mən mülki-cəhan, cəhan mənəm, mən
Jump to navigation
Jump to search
Mən mülki-cəhan, cəhan mənəm, mən Müəllif: İmadəddin Nəsimi |
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub. |
Mən mülki-cəhan, cəhan mənəm, mən
Mən həqqə məkan, məkan mənəm, mən.
Mən ərşilə fərşü kafii nunəm,
Mən şərhü bəyan, beyan menəm, mən.
Mən kövnü məkanü “kün-fəkan”əm
Bilgil ki, nişan, nişan mənəm, mən.
Mən surati-mənidə həqəm, həq,
Men həqqi-əyan, əyan mənəm, men.
Bir gövhəri əqdəməm-əzəldən,
Ey gövhəra kan, kan mənəm, mən.
Mən atəşi-eşqi-nuri-həqqəm,
Musayə zəban, zəban mənem, men.
Men cümle cəhani-kainatəm,
Men dərhi-zəman, zeman mənəm, mən.
Mən ayəti-müshəfii kitabəm,
Ey nöqtədəhan, dəhan mənəm, mən.