Mən məst idim, ol məstlə axır belə düşdüm
Görünüş
Mən məst idim, ol məstlə axır belə düşdüm Müəllif: Qövsi Təbrizi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Mən məst idim, ol məstlə axır belə düşdüm,
Qıl fikrimi saqi ki, yaman müşkülə düşdüm.
Pərvanəvü bülbül kimi bitab degildim,
Bilməm neçin oddan-oda, dildən-dilə düşdüm.
Qüdsilərilə aləmi-əqdəsdə gəzərkən
Yarəb, neyləmişdim ki, bu abü gilə düşdüm.
Nacinslərin söhbətini məndən eşit kim,
Mən bir neçə gün, bir neçə huşyar ilə düşdüm.
Ol kuyi dedin tərk eləyim tərki-sər etdim,
Çün öz gücüm ilə belə durdum, belə düşdüm.
Məcnun olub ol Leyliyi - aləm tələbində,
Evdən-evə, çölden-çölə, eldən-elə düşdüm.
Sordu ki, mənim dərdimə, Qövsi, necə düşdün?
Baş qoydum ayağma ki, saqi, belə düşdüm.