Mən niyə varam
Görünüş
Mən niyə varam (2006) Müəllif: Araz Yaquboğlu |
"Elin yaddaşında yaşayan ömür". Bakı: "Nurlan", 2006, səh.75 |
Hələ duymamışam, dərk etməmişəm,
Bu eldə, elatda mən niyə varam?
Şübhələr yaradan möcüzəsiylə,
Sirli kainatda mən niyə varam?
Ömrüm keşməkeşli, talehim acı,
Varmı belə dərdin görən əlacı...
Yenilməz vüqarım, başımın tacı,
Atasız həyatda mən niyə varam?
Qəmlərdi ziynəti vuran həyata,
Arazam, ünümə, çətin ün çata!
Gərək torpağına dönəydim, ata,
Bu anda, saatda mən niyə varam?
Xarici keçidlər
[redaktə]- "Araz Yaquboğludan dörd şeir" (az.). karabakhmedia.az. 01 avqust 2016. 2016-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-02.