Mən oldum
Görünüş
Mən oldum Müəllif: Şair Əbdüləzim |
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01. |
Əl maddımı, göz dustağı, günahkar,
İl xəstəsi, zarü-müztər mən oldum.
Qohumun, qardaşın, dostun yanında
Üzü qara puzi-məhşər mən oldum.
Mənim üçün daha şadlıq yalandı,
Qəm əlindən cavan ömrüm talandı.
Xəstə canım ataşlara qalandı,
Həm pərvanə, həm səməndər mən oldum.
Ha yana baxanda gözüm öyünməz,
Könül qəmdən qeyri libas geyinməz.
Əli bayramında kafər söyünməz.
Söyünmədim, əsl kafər mən oldum.
Bu dünyada şad olmayan, gülməyən,
Sağalmaz azara düşən, ölməyən.
Dindirəndə özün, sözün bilməyən,
Huşu çaşqın, ağlı sərsər mən oldum.
Əbdüləzim dastan olub dillərə,
Axdı eynim yaşı, döndü sellərə.
Məcnun dərd əlindən düşdü çöllərə.
Həmi Məcnun, həm qələndər mən oldum.