Mən olum

Vikimənbə saytından
Mən olum
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.


Gül bağçadan boylanan yar,
Boyuna qurban mən olum.
Özün Gülzar, elin gülzar,
Hüsnünə heyran mən olum.

Ağladırsan, ağlat özün,
Çağladırsan, çağlat özün.
Dağladırsan, dağlat özün,
Sinəsi al qan mən olum.

Məmmədhüseyn sənnən doymaz,
Özgələrə məhəl qoymaz.
Əzabını əzab saymaz,
Tək sənə mehman mən olum.