Mən qəlblərə yenidən doğan Günəşəm

Vikimənbə saytından
Mən qəlblərə yenidən doğan Günəşəm! (1995)
Müəllif: RAUF CAVAD

Mən qəlblərə yenidən doğan Günəşəm!
Hər şeyin Əslini lütf edən Kərəməm!

Yoxdan varı bir cümlə sözlə yaradan,
Bəşərə həyat verən, həqiqət Mənəm!

Mən xəlq eylədim yeri-göyü, xilqəti,
Büsbütün aləmdə var əsli Nişanəm!

Kim bilər görər aləmin həqiqətin,
Gözlə görünən-görünməyən Surətəm!

Mən dillərdə şirin-şəkər səslənən söz,
Qənd ilə şəkərin tam dadı, Gövhərəm!

Sevgili dil-dodaqdan səslər Ümidi,
Gözlər yolunu, sevilən Mən Ümidəm!

Əcəb min cür naz eylər Leyla, Məcnuna,
Çəkər Aşiq nazın-dərdin, Mən Kədərəm!
 
Rauf, bu hal ilə kim anlar Fərhadı,
Anlar ki, sevən Aşiqçün Mən Şirinəm!
    ...Müəllif:Rauf Cavad